Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

DÜŞÜNÜLMÜŞ İQTİSADİ SİYASƏT VƏ NEFT STRATEGİYASI NƏTİCƏSİNDƏ AZƏRBAYCANIN BUNDAN SONRAKI İNKİŞAF DÖVRÜ DƏ UĞURLU OLACAQDIR
XVII BEYNƏLXALQ XƏZƏR NEFT-QAZ SƏRGİ VƏ KONFRANSININ AÇILIŞINDA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

DÜŞÜNÜLMÜŞ İQTİSADİ SİYASƏT VƏ NEFT STRATEGİYASI NƏTİCƏSİNDƏ AZƏRBAYCANIN BUNDAN SONRAKI İNKİŞAF DÖVRÜ DƏ UĞURLU OLACAQDIR XVII BEYNƏLXALQ XƏZƏR NEFT-QAZ SƏRGİ VƏ KONFRANSININ AÇILIŞINDA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və Xəzər neft-qaz sərgi və konfransının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm.

Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən bu ənənəvi sərgi bu il yeni sərgi salonunda keçirilir. Bu gün biz, eyni zamanda, bu yeni sərgi salonunun açılışını qeyd edirik. Mən hesab edirəm ki, bu, çox əlamətdar hadisədir - ilk sərgi məhz Xəzər neft-qaz sərgisidir. Çünki Xəzər neft-qaz sərgisi müasir Azərbaycanda keçirilən sərgilərin arasında xüsusi yerə malikdir. Birinci dəfə bu sərgi 1994-cü ildə keçirilmişdir. O vaxt hələ Azərbaycanda sərgi keçirmək istəyində olan şirkətlərin sayı çox deyildi. Azərbaycan yeni müstəqil dövlət idi. Azərbaycanın gələcəyi haqqında dünyada müxtəlif fikirlər dolaşırdı. Ona görə, bu sərginin 1994-cü ildə keçirilməsi, eyni zamanda, Azərbaycanın neft strategiyasının başlanmasına təsadüf etməsi çox əlamətdar hadisə olmuşdur. Ona görə mən hesab edirəm, bu, çox ədalətli haldır ki, bu möhtəşəm, gözəl Bakı Expo salonunda ilk sərgi məhz Xəzər neft-qaz sərgisidir.

1994-cü ildə Azərbaycan böyük işlərin astanasında idi. Ölkə iqtisadiyyatı o vaxt böyük çətinliklərlə üzləşmişdi. Ölkədə sabitlik yaradılması üçün addımlar atılırdı. Ancaq 1994-cü ildə Azərbaycanın, ümumiyyətlə gələcəyi haqqında birmənalı fikir yox idi: Azərbaycan hansı yollarla inkişaf edəcək? Azərbaycan iqtisadiyyatı nəyin hesabına formalaşacaq? Azərbaycan öz strateji inkişaf yolunu hansı istiqamətdə görür? Bütün bu suallar ölkə qarşısında durmuşdu. O illərdə edilən strateji seçim Azərbaycanın bugünkü uğurlu inkişafını təmin etdi. Çünki məhz o illərdə Azərbaycanın yeni neft strategiyasının başlanması, Azərbaycanın dünya birliyinə inteqrasiya etmək siyasətinin uğurla aparılması, ölkədə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyata cəlb edilən böyük həcmdə xarici investisiyalar - bütün bu amillər bugünkü inkişafı şərtləndirdi. Bu gün Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkədir.

Biz hamımız yaxşı bilirik ki, əgər 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən o qətiyyətli addımlar atılmasaydı və “Əsrin kontraktı” imzalanmasaydı, bəlkə də Azərbaycanın inkişafı tam başqa istiqamətdə davam edərdi. “Əsrin kontraktı”nın imzalanması ilə Azərbaycan nəinki Xəzər hövzəsinin böyük, zəngin resurslarını dünya şirkətləri üçün açdı, eyni zamanda, Azərbaycanın uzunmüddətli və uğurlu inkişafını təmin etdi.

1994-cü ildə bizim planlarımız çox geniş idi. Biz bilirdik məqsədimiz nədir. Ancaq onu da bilirdik ki, bu məqsədə çatmaq üçün yolumuz hamar olmayacaqdır. Elə də oldu. Azərbaycan çox böyük sınaqlardan şərəflə çıxdı və qarşıda duran bütün vəzifələri uğurla həll etdi. İnvestisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə əks etdirir.

Bu gün böyük sevinc hissi ilə deyə bilərik ki, artıq Azərbaycan iqtisadiyyatı neft amilindən o qədər də asılı deyildir. Halbuki, bundan sonra da uzun illər ərzində neft və qaz amili Azərbaycanın həm iqtisadi maraqlarını təmin edəcək, həm dünyadakı mövqelərimizi möhkəmləndirəcəkdir. Ümumiyyətlə, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün bu amil uzun illər öz rolunu oynayacaqdır. Ancaq bununla bərabər, bu gün Azərbaycanın qeyri-neft sektorunun inkişafı da çox sürətlə gedir. Buna təkan verən məhz neft siyasəti, neft strategiyası olmuşdur.

Neft strategiyasının uğurlu icrası Azərbaycanı dünyaya bir etibarlı tərəfdaş kimi təqdim etdi. Biz xarici şirkətlərlə artıq 16 ildir ki, uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulubdur və həm xarici tərəfdaşlara, həm də Azərbaycana böyük mənfəət gətiribdir. İşlərin əvvəlində isə bu planların reallaşması üçün bütün səylər göstərilmişdir. Ümid edirəm ki, Azərbaycanın bundan sonrakı inkişaf dövrü də uğurlu olacaqdır.

1994-cü ildə “Əsrin kontraktı”nın imzalanmasından sonra 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə kontrakt imzalanmışdır. O illərdə qaz amili, ümumiyyətlə, dünya neft və enerji siyasətində o qədər də mühüm yer tutmurdu. O layihəyə investisiyalar və kreditlər cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün dünya enerji siyasətində deyə bilərəm ki, bu yanaşmada müəyyən və böyük dərəcədə dəyişiklik edildi. Qaz amili daha da mühüm rol oynamağa başlamışdır və nəinki iqtisadi maraqları təmin edir, eyni zamanda, bəzi hallarda enerji təhlükəsizliyi məsələlərinə də məhz qaz amili çox mühüm təsir göstərir.

Azərbaycan isə o ölkədir ki, həm qaz, həm neft resursları kifayət qədər böyükdür. Bilirsiniz ki, Azərbaycan qədim neft diyarıdır. İlk dəfə sənaye üsulu ilə neft dünyada məhz Azərbaycanda hasil edilibdir. Dəniz yataqlarından neft ilk dəfə dünyada məhz Azərbaycanda hasil edilibdir. Bu yaxınlarda biz faşizm üzərində Qələbənin 65-ci ildönümünü qeyd edərkən, bir daha o illərə nəzər salarkən gördük ki, Azərbaycan nefti, Azərbaycan neftçilərinin gərgin zəhməti olmasaydı, o müharibənin nəticələri başqa ola bilərdi. Yəni, Azərbaycan qədim neft diyarı kimi dünyada özünü çoxdan təsdiq etmişdir.

Müstəqil ölkə, müstəqil Azərbaycan kimi biz özümüzü yenidən təsdiq və təqdim etməli idik. Biz bunu uğurla bacardıq. Bizim neft siyasətimiz çox açıqdır, aydındır və çox səmimidir. Bizim bütün öhdəliklərimiz, götürdüyümüz öhdəliklər yerinə yetirilir. Biz dünya enerji şirkətləri ilə etibarlı tərəfdaş kimi uğurla əməkdaşlıq edirik. Bu gün Azərbaycanın Dövlət Neft Şirkəti - SOCAR dünyanın aparıcı şirkətləri arasındadır və xarici şirkətlərlə uğurla əməkdaşlıq bizə də bu yeni, müasir təcrübəni gətirdi. Bu gün artıq Azərbaycan şirkətləri başqa ölkələrə böyük həcmdə investisiyalar qoyurlar. Bu gün Azərbaycan şirkətləri milyardlarla ölçülən investisiyalar qoyur və bu proses bundan sonra da davam etdiriləcəkdir.

1990-cı illərin ortalarında isə qarşımızda digər vəzifələr dururdu: hasilata başlamaq, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə işlərin sürətlə aparılmasına nail olmaq, neft kəmərlərini, ondan sonra qaz kəmərlərini yaratmaq. Bütün bu vəzifələr icra olundu. Bu gün Azərbaycanın neft və qaz hasilatı nəinki ölkə tələbatını ödəyir, eyni zamanda, bizim üçün çox böyük ixrac resursu da təşkil edir. Bu il Azərbaycanda neft hasilatı 52 milyon ton səviyyəsində gözlənilir. Qaz hasilatı təxminən 30 milyard kubmetrə bərabər olacaqdır ki, bu, Azərbaycanın daxili tələbatından 3 dəfə çoxdur.

Təbii ki, Azərbaycan enerji resurslarını neft və qaz kəmərləri ilə müxtəlif istiqamətlərə ixrac edir. İxrac coğrafiyamız ildən-ilə genişlənir və mən tam əminəm ki, biz yeni bazarlara da çıxacağıq. Çünki yeni bazarlarda Azərbaycanın təbii resurslarına ehtiyac vardır. Bizim də marağımız ondadır ki, neft-qaz potensialımızı maksimum dərəcədə realizə edə bilək. Bugünkü hasilat demək olar ki, ixrac imkanlarımızdan daha da çoxdur. Ancaq biz elə etməliyik ki, hasilatımızla daxili tələbat və ixrac imkanlarımız bərabərlik təşkil etsin. Buna nail olmaq üçün əlbəttə ki, bizə yeni bazarlar lazımdır. Yaxud da ki, mövcud olan bazarların genişləndirilməsi lazımdır. Azərbaycan hər iki istiqamətdə çox düşünülmüş, çox dəqiq və məqsədyönlü siyasət aparır. Məhz bu siyasətin nəticəsində bu gün Azərbaycan o ölkələrdəndir ki, heç bir istiqamətdən asılı deyildir. Bizim üç neft, dörd qaz kəmərimiz vardır. Onlar enerji şaxələndirilməsini tam şəkildə təmin edir və enerji resurslarımızın istənilən istiqamətdə ixracının artırılması üçün bütün imkanlar vardır. Bu gün Azərbaycanda verilən tapşırıqlar əsasında görülən texniki işlər qaz ixrac imkanlarımızı böyük dərəcədə artıracaqdır. Biz bu sahəyə böyük investisiyalar qoyuruq və bu investisiyalar özünü doğruldacaqdır. Çünki bu, Azərbaycanın uzunmüddətli, bundan sonra onilliklər ərzində uğurlu inkişafını təmin edəcəkdir.

İnvestisiyalara gəldikdə, Azərbaycan investisiyalar üçün çox məqbul, çox cəlbedici ölkədir. 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 82 milyard dollar investisiya qoyulmuşdur. Onların, demək olar ki, yarısı neft-qaz sektoruna qoyulmuşdur. Əlbəttə ki, neft strategiyamızın ilk illərində investisiyalar daha çox neft-qaz sektoruna qoyulurdu. Bu, bəzi ekspertləri narahat edirdi ki, “Holland sindromu” yaşana bilər. Azərbaycan iqtisadiyyatı da birtərəfli qaydada inkişaf edə bilər.

Ancaq bizim düşünülmüş siyasətimiz və konkret addımlarımız göstərdi ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. Bu gün Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş iqtisadiyyatdır. Əgər ümumi investisiya portfelinin yarısı qeyri-neft sektoruna qoyulubsa, bu onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru da çox cəlbedici bir sahədir. Qeyri-neft sektoruna qoyulan həm xarici, həm daxili investisiyalar, həm dövlət büdcəsindən, həm də özəl sektordan ayrılan vəsait yeni bir vəziyyət yaratdı. Bu gün Azərbaycan enerji, yəni neft-qaz amilindən daha da az asılı vəziyyətdədir və getdikcə bu asılılıq daha da azalacaqdır. Bizim iqtisadi nailiyyətlərimizin statistikası bunu əyani şəkildə göstərir. 2009-cu ilin rəqəmlərini götürsək, Azərbaycanda son illər ərzində aparılan işlərin elə bil ki, nümunəsini görərik.

Çünki 2009-cu ildə dünya üzrə neftin qiyməti 3-4 dəfə aşağı düşdü, iqtisadi və maliyyə böhranı, demək olar ki, bütün ölkələrə mənfi təsir göstərdi. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı keçən il 9 faizdən çox artmışdır. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycanın inkişafına mənfi təsir göstərməmişdir. Biz bütün sosial proqramları, bütün infrastruktur layihələri icra etdik. Biznes imkanları daha da səfərbər olundu və biz bu çətin vəziyyətdən çox uğurla çıxa bildik. Bu gün Azərbaycan iqtisadiyyatı 2010-cu ildə də yüksək templərlə inkişaf edir.

Bütün bu işlərin təməlində düşünülmüş iqtisadi siyasətlə bərabər, şübhəsiz ki, neft strategiyamız dayanır. Bir daha qayıdıram 15 il bundan əvvəlki dövrə. Əgər o illərdə o cəsarətli və məqsədyönlü, qabağa hesablanan addımlar atılmasaydı, bu gün Azərbaycanın vəziyyəti tam başqa ola bilərdi. Həm iqtisadi, eyni zamanda, siyasi vəziyyət də başqa ola bilərdi. Çünki, sirr deyil ki, iqtisadi imkanlar məhdud olan yerdə siyasi təşəbbüsləri irəli sürmək, öz milli maraqlarını maksimum dərəcədə müdafiə etmək və öz prinsipial müstəqil siyasətini aparmaq çox çətin olur. Bu gün iqtisadi müstəqilliyimiz, böyük valyuta ehtiyatlarımız, iqtisadiyyatımızın uğurlu inkişafı bizə əlavə güc verir. O güc ki, bu gün bizə lazımdır. Çünki, biz hələ ki, gənc müstəqil dövlətik. Baxmayaraq ki, Azərbaycan iqtisadiyyatı artıq öz keçid dövrünü başa vurdu. Biz artıq keçid iqtisadiyyatı ölkəsi deyilik. Biz inkişaf edən iqtisadiyyatıq və bunu mötəbər beynəlxalq maliyyə qurumları da görür, təsdiqləyir. Böhran ilində Azərbaycanın kredit reytinqinin artırılması özlüyündə bir göstəricidir.

Biz bütün bu imkanlardan istifadə edib gələcəyə baxmalıyıq, gələcək planlarımızı bu gün tutmalıyıq. Belə də edirik. Həm energetika sahəsində, neft-qaz sahəsində, həm də qeyri-neft sahəsində bizim uzunmüddətli strategiyamız, planlarımız, konkret addımlar paketi vardır. Biz öz siyasətimizi proqram üzrə qururuq. Buna görə, Azərbaycan həm böhrandan ən az itkilərlə çıxmış ölkədir, həm də siyasi sabitlik baxımından Azərbaycanda vəziyyət çox müsbətdir. Bu ümumi vəziyyət ölkəmizə investisiyaların axınını gücləndirir. Bu gün Azərbaycanda sərmayə təkcə neft-qaz sektoruna qoyulmur - turizm, infrastruktur, mehmanxanalar, sosial obyektlər, belə gözəl sərgi salonları. Bu sərgi salonu dünya miqyasında seçilən, gözəlliyi və funksional mahiyyəti ilə fərqlənən sərgi salonlarından biridir. Bu gün biz bu gözəl, möhtəşəm salonda bu tədbiri keçiririk. Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalar Azərbaycan xalqına xidmət edir. Nə qədər çox vəsait qoyularsa, iqtisadiyyatımız o qədər də çox artacaq, iş yerləri açılacaq və insanların rifah halı yaxşılaşacaqdır.

Biz bundan sonra da öz siyasətimizi bu vaxta qədər apardığımız yollarla inkişaf etdirəcəyik. Ölkəmizin iqtisadi potensialının maksimum şaxələndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir. O ki qaldı neft-qaz sektoruna, bu sahədə biz bu günə qədər bütün istədiyimiz məqsədlərə çata bilmişik. Neft kəmərləri, qaz kəmərləri, hasilat, investisiyalar, yeni bazarlara çıxış və bu gün biz daha da böyük investisiyaları gözləyirik. Bu yaxınlarda “Çıraq” yatağında yeni böyük layihə başlanmışdır. Ümid edirəm ki, biz yaxın zamanlarda böyük “Şahdəniz-2” layihəsinin başlanmasına da nail olacağıq. Bunu etmək üçün hesab edirəm ki, hazırda bütün imkanlar vardır. Əgər biz buna nail olsaq, növbəti illərdə Azərbaycanın neft-qaz sektoruna ancaq bu layihə üzrə ən azı 20 milyard dollar sərmayə qoyulacaqdır. Bu sərmayə özlüyündə, yəqin ki, buna bərabər həcmdə sərmayənin qeyri-neft sektoruna da yatırılmasına gətirib çıxaracaqdır.

Əziz dostlar, mən bu gözəl hadisə, ənənəvi sərgi və konfransın açılışı münasibətilə bir daha sizi təbrik etmək istəyirəm. Konfransın təşkilatçılarına öz minnətdarlığımı bildirmək istəyirəm ki, uzun illərdir Azərbaycanda bu gözəl, beynəlxalq tədbir keçirilir. Əminəm ki, artıq yaradılmış bu gözəl ənənə bundan sonra da davam edəcəkdir. Sərgiyə və konfransa uğurlar arzulayıram. Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq