Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“eTwinning Plus” layihəsi şagirdlərin dünyagörüşünün artmasında çox faydalıdır

“eTwinning Plus” layihəsi şagirdlərin dünyagörüşünün artmasında çox faydalıdır

Bakı, 23 fevral, AZƏRTAC

Azərbaycan 2013-cü ildən etibarən beynəlxalq “eTwinning Plus” layihəsində iştirak edir. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, 40-dan artıq Avropa ölkəsindən olan həmkarlarla birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Bu günədək ölkə üzrə 882 məktəbdən 2 min 927 müəllim “eTwinning”ə qoşulub və 3 min 500-ə yaxın təhsil layihəsinin reallaşdırılmasında iştirak edib.

“eTwinning Plus” ailəsinin aktiv üzvlərindən biri, Bakı şəhəri 36 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağırova AZƏRTAC-a açıqlamasında bildirib ki, müəllimlər yeniliklər axtarmalı, pedaqoji prosesə yaradıcı yanaşması ilə seçilməlidir. Son illər təhsilimizin qarşısında duran hədəf dərin bilikli, geniş dünyagörüşlü şagirdləri yetişdirməklə bərabər, həm də cəmiyyətə, dövlətə, milli-mənəvi dəyərlərinə, kökünə sadiq, sağlam düşüncəli vətəndaşlar hazırlamaqdır: “Sevindirici haldır ki, şagirdlərimiz dünya təhsil sistemindəki bir çox yeniliklərdən xəbərdardır. Bu da bir müəllim olaraq bizim məsuliyyətimizi daha da artırır. Sadalanan amilləri öncül tutaraq təhsilimizdəki yenilikləri və innovasiyaları daim izləyir, yaradıcı və inkişaf yönümlü layihələrdə iştirak etməyə maraq göstərirəm. Belə layihələrdən biri də məktəblilərin tənqidi, yaradıcı, məntiqi təfəkkürünün, intellektual səviyyəsinin inkişafında mühüm yer tutan “eTwinning Plus” layihəsidir. Sadalanan imkanları nəzərə alaraq, 2017-ci ildə mən də “eTwinning Plus” ailəsinin üzvi olmaq qərarına gəldim”.

Aytən Bağırova qeyd edib ki, “eTwinning”lə əməkdaşlıq şagirdlərin dünyagörüşünün artmasında, İKT bacarıqlarının təkmilləşməsində çox faydalı oldu: “Layihədə iştirak şagirdlərimin tanış olduqları ölkənin mədəniyyəti haqqında ətraflı məlumat toplamalarına, dünyaya inteqrasiya etmələrinə, sosiallaşmalarına, məktəbini, özünü və ölkəsini təqdim edə bilmək bacarığına yiyələnmələrinə olduqca müsbət təsir edib. Nəinki şagirdlər, bir müəllim olaraq biz də “eTwinning Plus” layihəsi sayəsində başqa ölkələrin müəllimləri ilə tanış olur, onlarla fikir mübadiləsi aparır, əməkdaşlıq edir, onların iş təcrübəsindən yararlanmağa çalışırıq. Bu isə dərslərimizin daha keyfiyyətli və maraqlı olmasına imkan yaradır. “eTwinning Plus” layihəsində bu günə qədər bir çox layihələr icra etmişəm. Layihələrimdən bir neçəsi - “Oxumaq Bir Əyləncədir” və “Əngəlsiz Hədəflər” layihələri Milli Keyfiyyət Nişanına layiq görülüb. Qardaş ölkə Türkiyədən olan həmkarlarımla gerçəkləşdirdiyimiz “II Uluslararası Unutulan Sözlər Hayat Bulsun/Dədə Qorqud İzində Sözündə” layihəmiz isə Beynəlxalq Keyfiyyət Nişanına layiq görülüb. Həmçinin layihə çərçivəsində müxtəlif yerli və beynəlxalq seminarda iştirak etmişik. Həmkarlarımla birgə müxtəlif yeni ortaq layihələrin icrasına başlamışıq. Onu da qeyd edim ki, məktəbimiz layihədə uğurlu iştirakına görə 2019-2020-ci tədris ilində “eTwinning School” adını qazanıb”.

“Qarabağdan Ədirnəyə könül körpüsü” layihəsi haqqında məlumat verən Aytən Bağırova diqqətə çatdırıb ki, layihənin əsas məqsədi əzəli türk torpaqları olan Qarabağ və Ədirnənin milli-mənəvi dəyərlərinin, tarixinin, mədəniyyətinin, milli ideologiyasının yetişən gələcək nəslə tanıdılmasıdır. Onların mənəvi dəyərlərini qoruyan, Vətəninin tarixinə, keçmişinə yaxşı bələd olan vətənpərvər nəsil olaraq yetişməsinə nail olmaqdır. Layihədə 19 müəllim və 100 yaxın şagird iştirak edir. Layihə ilə bağlı sosial şəbəkə səhifələrimiz də artıq mövcuddur. Bunu etməkdə məqsəd internet istifadəçiləri üçün Qarabağla bağlı araşdırma apararkən sadəcə müharibə ilə bağlı rəsmlər və videolar deyil, oranın tarixi, təbiəti və mədəni dəyərləri ilə bağlı məlumatlar əldə etməsinə dəstək göstərməkdir.

O bildirib ki, layihə çərçivəsində ilk buraxılışı Novruz bayramı ərəfəsində dərc ediləcək “Könül körpüsü” qəzeti “İki ləhcə tək türkcə” şüarı altında yayımlanacaq. Qəzetin nəşrində əsas məqsədimiz iki qardaş ölkədə yetişən yeni nəsillərin bir-birlərinə olan sevgi və bağlılığının daha da möhkəmləndirilməsi, danışılan ləhcələr arasındakı bənzərliyin və fərqlərin öyrənilməsidir. Qəzetdə Qarabağ başda olmaqla, Azərbaycan və Türkiyə ilə bağlı xəbərlər, ortaq ədəbi mədəniyyətimizə aid lətifələr, şərqilər, hekayələr, nağıllar, tarixi və turistik yerlərin tanıtımı, elmi məqalələr və tarixdəki önəmli şəxsiyyətlər haqqında məqalələr həm Azərbaycan, həm də türk dilində dərc olunacaq. Elmi mövzularda olan yazıların isə ingilis dilində də dərc edilməsi nəzərdə tutulur.

“Günümüzdə öz fəaliyyəti üçün pedaqoji sahəni seçmiş hər bir müəllim müasir zamanla ayaqlaşa bilən, XXI əsr bacarıqlarından xəbərdar olan moderator olmalıdır. Bütün bu özəllikləri inkişaf etdirməyə isə “eTwinning Plus” olduqca əlverişli və gözəl bir platformadır”, - deyə Aytən Bağırova qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb