E L A N
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki bülleteni hazırlanarkən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54-cü maddəsinə uyğun surətdə irəli sürülərək qeydə alınmış deputatlığa namizədlər barədə digər məlumatlarla yanaşı, həmin namizədlərin mənsub olduğu siyasi partiyanın emblemi də göstərilməlidir.
Seçkilərdə iştirak edən siyasi partiyalar və siyasi partiyaların bloklarından irəli sürdükləri qeydə alınmış deputatlığa namizədlərin mənsub olduğu siyasi partiyaların emblemlərinin iki gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərilməsini təmin etmələri xahiş olunur.
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası