Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əbədi qəhrəmanlar” - BDU-da tədbir

Bakı, 31 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Əbədi qəhrəmanlar” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, hər bir ali məktəbin əsas missiyası yalnız yüksəkixtisaslı, peşəkar kadrlar yetişdirmək deyil, həm də ölkəmiz üçün milli ruhlu əsl vətəndaşlar yetişdirməkdir. Qəhrəman şəhidlərimiz bizim üçün bunun örnəyini yaradıblar. Onlar Vətəni sevməyin, onun üçün göz qırpmadan düşmənə qarşı vuruşmağın, xalqa və dövlətə necə xidmət etməyin örnəyini yaradıblar: “Əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etmişdirsə, onun siyasi, iqtisadi, hərbi təməllərini yaratmışdırsa, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz ölkəmizin ərazi bütövlüyünü bərqərar etdi, tarixi ədaləti bərpa edərək xalqımızın başını ucaltdı, Azərbaycanın Dövlət Bayrağını ən yüksək zirvələrdə dalğalandırdı.

Bu il sentyabrın 19-da antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, suverenliyimiz tam təmin olundu”.

Rektor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı, hər zaman məzunu olması ilə fəxr etdiyi Bakı Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələri və məzunları da hər bir azərbaycanlı kimi, Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərib. Universitetin çoxsaylı tələbə və məzunu könüllü olaraq cəbhəyə yollanıb, onlardan 22 nəfər şəhidlik zirvəsinə ucalıb. Hazırda BDU-da 10-dan çox şəhid ailə üzvü təhsil alır. BDU-da təhsil alan tələbələrdən 43-ü Vətən müharibəsi iştirakçısıdır.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant, “Murov qartalı” Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə qeyd edib ki, torpaqlarımız işğalda olduğu 30 il ərzində Azərbaycan xalqı heç vaxt bununla barışmayıb: “2016-cı ilin Aprel döyüşlərində biz artıq işğala “dur” deməyin işartılarını gördük. 2020-ci ilin Tovuz döyüşlərində isə 12 şəhid verməyimizlə bütün xalq oyandı. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan xalqı tarix yazdı. Bu şanlı tarixin son səhifəsi isə bu ilin sentyabrında antiterror tədbirləri ilə yazıldı. Bu Qələbəni gələcək nəsillərə ötürmək, qorumaq, şəhid əmanətlərinə sahib çıxmaq gənclərin əsas vəzifəsidir”.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun xanımı Ofeliya Salmanova vurğulayıb ki, son 30 il ərzində Azərbaycan təhsilinin ən böyük uğurlarından biri vətənpərvər nəsil yetişdirmək olub. Bunun nəticəsində Poladlar, Raquflar, Mübarizlər yetişib. Onlar öz vətəndaşlıq borclarını ləyaqətlə yerinə yetiriblər.

Ofeliya Salmanova gəncləri Vətən uğrunda vuruşan, şəhid olan qəhrəmanlardan öyrənməyə, onların ənənələrini yaşatmağa çağırıb.

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, müharibə veteranı Knyaz Aslan, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin xanımı Vüsalə Əliyeva, Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Soltan Məmmədovun xanımı Tünzalə Məmmədova, BDU-nun şəhid məzunları Cavid Manafovun anası Natavan Manafova, Vüqar Məmmədovun anası Əsmər Məmmədova çıxışlarında şəhidlərimizin döyüş yolundan bəhs edib, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildiriblər.

Tədbirin sonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin xatirəsinə həsr olunmuş “Vətən Qəhrəmanı” adlı klipin nümayişi keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Tacikistan Müdafiə nazirliklərinin nümayəndə heyətlərinin görüşü olub

“Bərabər İmkanlar” layihəsi çərçivəsində inklüziv cəmiyyətin inkişafına həsr olunmuş görüş təşkil edilib

Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib

Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

NDU-nun tələbəsi kibertəhlükəsizlik üzrə təhsilini Avstraliyada davam etdirəcək

Nizami Cəfərov: Azərbaycançılıq ideologiyasının əsasını etnos, din və ümumbəşəri dəyərlərin vəhdəti təşkil edir

“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub

Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri başa çatıb

® “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 2-ci yeri tutub

Avrokomissiya Belçikada dəniz külək enerjisi layihəsinə 2 milyard avroluq dəstəyi təsdiq edib

Azər Hacıbalayev: Musiqi duyumu və ritm hissi ifaçının formalaşmasında mühüm rol oynayır

London İmperial Kollecinə gedən yol: azərbaycanlı tələbənin uğur hekayəsi - MÜSAHİBƏ

Neftin ucuzlaşmasına təsir edən fundamental iqtisadi səbəblərdən biri təklif-tələb nisbətinin dəyişməsidir

COP31-dəki Azərbaycan pavilyonunda rəqəmsal transformasiyanın iqlim dəyişmələrinin azaldılmasında əhəmiyyəti vurğulanıb

173A və 173B nömrəli marşrutların avtobusları yenilənir

“Gazprom”: Təbii qazın qlobal enerji təhlükəsizliyində rolu artacaq

Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

Azərbaycanın turizm imkanları Yaponiya bazarında yeni təşəbbüslərlə tanıdılır

Türkiyə və Çin COP31 çərçivəsində 15 milyard dollarlıq razılaşma əldə edib

Alen Berse: Cənubi Qafqazın üç ölkəsi Avropa Şurasının üç qürurlu və bərabərhüquqlu üzvüdür VİDEO

Alen Berse: Cənubi Qafqazın üç ölkəsi Avropa Şurasının üç qürurlu və bərabərhüquqlu üzvüdür VİDEO

Azərbaycan rəssamının kuklaları “Doll Prague-2026” sərgisində nümayiş etdirilib

Jurnalistlər üçün kibertəhlükəsizlik üzrə maarifləndirici infosessiya təşkil edilib

Azərbaycanın Corc Vaşinqton Universiteti ilə təhsil tərəfdaşlığı genişlənir

Vüqar Zifəroğlu: Azərbaycançılıq ideologiyası media fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır

Naxçıvanda informasiya təhlükəsizliyi risklərinin idarə olunması üzrə təlim olub

Antonio Quterreş: Elektrik şəbəkələri bərpaolunan enerjinin inkişafına uyğun şəkildə təkmilləşdirilməlidir

“Turan”ın baş məşqçisi: Çempionlar Liqasının qrup mərhələsində də layiqli mübarizə aparmağa çalışacağıq

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir YENİLƏNƏCƏK

ETSN: Ceyranlar və Bezoar keçiləri tarixi areallarına qaytarılır

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 308 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Mərkəzi Elmi Kitabxanada Konstitusiya Günü ilə bağlı sərgi təşkil edilib

Elnar Musayev: "Bərabər İmkanlar” layihəsi sosial istiqamətdə atdığımız yeni addımdır

Lüksemburqun Baş naziri: Süni intellektə nəzarət üçün konsepsiyalar hazırlanmalıdır VİDEO

Lüksemburqun Baş naziri: Süni intellektə nəzarət üçün konsepsiyalar hazırlanmalıdır VİDEO

Kamran İmanov ÜƏMT-nin Qlobal Forumunda süni intellektin hüquqi tənzimlənməsi ilə bağlı təkliflər irəli sürüb

“Alışan buzdan” qaz hasil edilməsinin metodu kəşf olunub

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faizədək artıb

® “ABB DigiLife” onlayn jurnalını təqdim edib!

Səməd Vurğunun çap olunmayan misraları: senzura və təzyiqlərin poeziyadakı izləri – MÜSAHİBƏ

Mixeil Kavelaşvili Türkiyə Prezidentini Gürcüstana dəvət edib

“Bundesbank”: Almaniyada maliyyə sabitliyinə yönəlmiş risklər artır

Rumen Radev: Azərbaycanla əməkdaşlıqdan məmnunuq VİDEO

Rumen Radev: Azərbaycanla əməkdaşlıqdan məmnunuq VİDEO

Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...

“Tarixi Zəfər, sülhə sədaqət”: Zəfər Günü Nyu-Cersidə qeyd edilib

Məsud Pezeşkian: ABŞ-nin İrana hücumu 1,5 milyon ton karbon qazı emissiyasına səbəb olub

İstehlak qiymətləri açıqlanıb

Azərbaycan eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatında daha bir qızıl medal qazanıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə vətəndaşlara ödənilmiş ƏDV-nin məbləği 29 milyon manat olub

Dörd ölkənin turizm sənayesi nümayəndələri Azərbaycanın sağlamlıq turizmi imkanları ilə tanış olublar

Tayson Fyuri – Entoni Coşua döyüş gecəsinin əsas proqramı açıqlanıb

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib VİDEO

Mərkəzi istilik sistemi nə vaxt işə düşəcək? VİDEO

Mərkəzi istilik sistemi nə vaxt işə düşəcək? VİDEO

Çin və Cənubi Koreya XİN rəhbərləri Pxenyanla bağlı məsələləri müzakirə edəcək

Politoloq: Konstitusiyamız müstəqilliyimizin hüquqi təminatı, suverenliyimizin normativ əsasıdır

Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb VİDEO

Tacikistan 2027-ci ildə KTMT-yə sədrlik edəcək

Əmanətlərin Sığortalanması Fondu tender elan edib

“Mançester Yunayted”in baş məşqçisi istefaya göndərilib

Qahirədə Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub

Fransada bomba həyəcanı səbəbindən qatarların hərəkəti dayandırılıb

Bu il istehlakçılara qaytarılan ƏDV məbləğinin həcmi açıqlanıb

Teymur Musayev: Buzlaqların əriməsi milyardlarla insanın su təhlükəsizliyini təhdid edir

Rəsmi Pekin Avropa ölkələrinin Çin avadanlıqlarına qadağa qoymasından narahatdır

Politoloq: 1995-ci il Konstitusiyası Azərbaycanın inkişafında mühüm rol oynayır

Antalyada Türkiyə və İran prezidentləri arasında görüş keçirilib

Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib VİDEO

Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib VİDEO

Əli Vəliyevin şeiri və bayatısı Səməd Vurğunun “Vaqif” pyesinə necə düşüb?

Kiyevdə çoxmərtəbəli bina dronla vurulub - hadisə yerindən REPORTAJ VİDEO

Kiyevdə çoxmərtəbəli bina dronla vurulub - hadisə yerindən REPORTAJ VİDEO

2027-ci ildə süni intellektə qlobal xərclərin 4 trilyon dollardan çox olacağı gözlənilir

Təyyarədən enərkən ayağını zədələyən sərnişin “British Airways”dən 50 min funt sterlinq tələb edir

Böyük Britaniyada 25 yaşadək gənclər üçün müavinət qaydaları dəyişə bilər

Gənclər Kitabxanasında Konstitusiya Günü ilə əlaqədar təqdimat hazırlanıb

Gəncədə şəhid Rəşad Ələkbərovun xatirəsi anılıb VİDEO

Gəncədə şəhid Rəşad Ələkbərovun xatirəsi anılıb VİDEO

Yeganə Hacıyeva: Beynəlxalq formatlarda iştirak Azərbaycanın xarici siyasətinin çoxşaxəli xarakterinin nümayişidir

Akademik: Xankəndidən səslənən Zəfər müraciəti xalqımızın tarixi ədaləti bərpa etmək əzminin təntənəsidir

Norveç və İslandiyada 3 mindən çox sualtı robot 112 milyona yaxın qızılbalıq və alabalığı parazitlərdən qoruyur

Avropa Komissiyası istehlakçıları onlayn fırıldaqlardan daha yaxşı qorumağı təklif edir

Dövlət büdcəsinin 10 aylıq gəlirləri 33 milyard manatı ötüb

Ədəbiyyat Muzeyi əməkdaşlarına Beynəlxalq Muzeylər Şurasının üzvlük vəsiqələri təqdim olunub

BMT-nin Baş katibi COP31 tribunasından nəzarətsiz metan çirklənməsindən imtina etməyə çağırıb

Maya Sandu: Moldova enerji sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır VİDEO

Maya Sandu: Moldova enerji sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır VİDEO

Azərbaycanlı alim beynəlxalq konfransda Qəbələdə aparılan arxeoloji tədqiqatları təqdim edib

Sadır Japarov: Qırğızlar və özbəklər arasında millətlərarası münaqişəni qızışdırmaq barədə məlumat daxil olub

Müstəqillikdən suverenliyə: Azərbaycanın Konstitusiya yolu VİDEO

Müstəqillikdən suverenliyə: Azərbaycanın Konstitusiya yolu VİDEO

Dakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib

COP31-dəki Azərbaycan pavilyonunda özəl sektorun iqlim hədəflərinə nail olunmasında rolu müzakirə olunub

“Gələndən 160 ağac əkmişəm...” - Dörd dəfə yaralanmış qazinin Zəngilana qayıdış hekayəsi VİDEO

“Gələndən 160 ağac əkmişəm...” - Dörd dəfə yaralanmış qazinin Zəngilana qayıdış hekayəsi VİDEO

“Qoşadaş” sahəsində seysmik məlumatların toplanması layihəsinə başlanılıb

Akademik: Süni intellekt qlobal siyasət və təhlükəsizlik amilinə çevrilir

Azərbaycan və Türkiyə prezidentləri arasındakı şəxsi etimad strateji müttəfiqliyin mühüm hərəkətverici qüvvəsidir - ŞƏRH

Bursada Bəxtiyar Vahabzadə adına “Türk Dünyası Dostluq Xatirə Meşəsi” salınıb

Xankəndidə Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmi internet saytının təqdimatı olub

Süni intellektin geniş yayılması kiberhücumların daha asan və effektiv olmasına şərait yaradır - Açıqlama

Çexiya ordusunun peşəkar hərbçilərinin sayı 38 min nəfərə çatdırılacaq

Gündüz İsmayılov: Azərbaycanda təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir VİDEO

Gündüz İsmayılov: Azərbaycanda təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir VİDEO

QHT rəhbəri: BMT-də “İtkin düşmüş şəxslər” adlı qətnamənin qəbulu xüsusi əhəmiyyətə malikdir

Cavid Süleymanov: Qələbədə təcrübəli voleybolçular və tapşırıqların düzgün icrası mühüm rol oynadı

Beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüş olub

Əməkdar artist Arif Mirzəyevin nəşi Vətənə gətiriləcək

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyə türkcəsində nəşr olunub