MƏDƏNİYYƏT
“Əbədiyaşar liderimiz” adlı videoçarx hazırlanıb
Bakı, 11 dekabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Əbədiyaşar liderimiz” adlı videoçarx hazırlanıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunub.
Qeyd edilib ki, Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, hərtərəfli inkişafına nail olub, müstəqilliyini əbədi və dönməz edib.
Videoçarxda Ulu Öndərin mədəniyyət haqqında söylədiyi kəlamları, mədəniyyət xadimləri ilə görüşü zamanı çəkilmiş foto və video görüntüləri yer alıb.
“Əbədiyaşar liderimiz” adlı videoçarx kitabxananın yutub kanalında yerləşdirilib.