ƏBƏDİYYƏTƏ TƏLƏSƏN ŞAİR
Muzeyin direktoru, professor, Milli Məclisin deputatı Rəfael Hüseynov tədbiri açaraq, XX əsr Azərbaycan ədəbiyyatında Hüseyn Arifin tutduğu mövqedən, onun poeziyasının təsir gücündən ətraflı bəhs etmişdir. Sənətkarın konyukturaçılığa uymadığını, sadə dillə böyük mənalar ifadə etmək bacarığını xüsusi diqqətə çatdıran natiq onun unudulmaz şairimiz Səməd Vurğuna həsr etdiyi “Yolda” poemasının poetik qudrətindən danışmışdır. O, əbədiyyətə tələsən böyük şairi həm də təvazökar, xeyirxah insan kimi də dəyərləndirmişdir.
Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub və başqaları Aşıqlar Birliyinin sədri kimi xalq ədəbiyyatımızın toplanması, qorunub saxlanması və təbliği sahəsində Hüseyn Arifin xidmətlərini xüsusi qeyd etdilər. Şairin tərcüməçi kimi fəaliyyətindən, şərq və rus klassiklərinin əsərlərindən tərcümələrindəki sənətkarlıq xüsusiyyətlərindən də söz açdılar.
Tədbirdə mərhum şairə həsr olunmuş şeirlər söyləndi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:23]
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib
- 04.10.2026 [18:01]
“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib
- 04.10.2026 [17:30]
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
- 04.10.2026 [14:19]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib
- 04.10.2026 [14:01]