DÜNYA
Əbu-Dabidə neft tankerlərində partlayış baş verib
Qahirə, 17 yanvar, AZƏRTAC
Əbu-Dabi Milli Neft Şirkətinin tankerlərində partlayış və yeni aeroportda yanğın baş verdiyi bildirilir.
Birləşmiş Ərəb Əmirliklərinin rəsmi WAM agentliyinin Əbu-Dabi polis departamentinə istinadla verdiyi məlumata görə, partlayış pilotsuz uçuş aparatlarının endirdiyi zərbə nəticəsində baş verib. Hazırda təhqiqatın davam etdirildiyi bildirilir.
AZƏRTAC xəbər verir ki, “Əl Ərəbiyə” telekanalı Reuters agentliyinə istinadla dron hücumunun Yəməndəki Husilər tərəfindən həyata keçirildiyini bildirib. İnsan tələfatı barədə məlumat verilməsə də, partlayışın ağır fəsadlar törətmədiyi qeyd olunur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [23:05]
Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür
- 03.07.2024 [22:52]
Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir
- 03.07.2024 [21:30]
Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır
- 03.07.2024 [20:01]