Əbu-Dabidə özügedən taksilər xidmətə başlayır
Qahirə, 22 dekabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtındakı Yas adasında “Ferrari” modeli olan özügedən taksilər xidmətə başlayır.
AZƏRTAC “Əl Xalec” qəzetinə istinadla xəbər verir ki, bu taksilərin xidmətindən istifadə etmək istəyən sərnişinlər “Google Play” və ya “iOS App Store”də olan müvafiq proqramlardan istifadə edəcəklər. Özügedən taksilərin sahibi olan “Bayanat” şirkətinin məlumatına görə, dekabrın 23-dən başlayacaq taksi xidmətinin operatoru ən yüksək texnologiya ilə təmin olunmuş və şəhərin xəritələri üzrə dəqiq hərəkətə təminat verən xüsusi firma olacaq. Sərnişinlər yerləşdiyi və gedəcəyi ünvanı göndərdikdən sonra sürücüsü olmayan taksi onları lazımi məntəqəyə çatdıracaq.
Əbu-Dabi Nəqliyyat Departamenti ilk mərhələdə Yas adası küçələrinə 10 özügedən taksi buraxacaq, sonra isə bu avtomobillər paytaxt yollarında da xidmət göstərəcək. Atmosferə karbon qazı emissiyasını azaltmaq məqsədilə yalnız hibrid mühərrikli və elektriklə işləyən maşınlardan istifadə olunacaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [20:56]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:43]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:23]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:10]