Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 40 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 681-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 195; 2015, № 10, maddə 1222; 2016, № 8, maddə 1451; 2018, № 4, maddə 822; 2019, № 12, maddə 2093; 2020, № 8, maddə 1125; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 aprel tarixli 119 nömrəli Qərarı) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi (müddətin uzadılması) üçün ərizə-anket”in 3-1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

3-1.Hazırkı müraciətinizə baxılması üçün seçdiyiniz müddət (müraciətin nəticəsinin vaxtında əldə olunmaması seçilmiş müddətə görə ödənilməsi nəzərdə tutulan dövlət rüsumunun məbləğinə təsir göstərmir)

(Period selected for consideration of your current application (failure to obtain the outcome of the application in time does not affect the amount of the state fee to be paid for the selected period)

 10 (on)

iş günü

(10 (ten) working days)

 

 15 (on beş)

iş günü

(15 (fifteen) working days)

 

20 (iyirmi)

iş günü

(20 (twenty) working days)

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına münasibətdə 2023-cü il yanvarın 1-dən 5 (beş) il müddətinə

 

(With respect to issuance and extension of work permit for foreigners and stateless persons to carry out paid labor activity in the liberated territories of the Republic of Azerbaijan during a 5 (five)-year period starting from January 1, 2023)

 

 5 (beş)

iş günü

(5 (five) working days)

 



 10 (on)

iş günü

(10 (ten) working days)

 



15 (on beş)

iş günü

(15 (fifteen) working days)

 



 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 may 2023-cü il

№ 141

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin