İQTİSADİYYAT
“EcoVision” jurnalının növbəti sayı işıq üzü görmüşdür
Bakı, 3 iyun (AZƏRTAC). Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təsis etdiyi “EcoVision” jurnalının 15-ci sayı işıq üzü görmüşdür.
ATİB-dən AZƏRTAC-a bildirmişlər ki, jurnalın əsas mövzusu Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqidir.
Bu sayda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Türkiyənin Bilgi Teknolojileri ve İletişim Kurumu naziri Tayfun Acarerin əsas mövzuya dair müsahibələri, Azərbaycan Marketinq Cəmiyyətinin İKT sektoru üzrə maraqlı göstərici və məlumatları yer alır.
“EcoVision” jurnalının bu sayında, həmişə olduğu kimi, ölkədə, regionda, dünyada baş verən hadisələr, həmçinin ATİB-in fəaliyyəti barədə xəbərlər verilir.