CƏMİYYƏT
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edəcək
Bakı, 1 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən noyabrın 3-də Xaçmaz regional ədliyyə idarəsində Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı qəbulu keçiriləcək.
AZƏRTAC Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, vətəndaşlar qəbula Xaçmaz regional ədliyyə idarəsi (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 17; əlaqə telefonu: (023) 325-18-88, (055) 950-58-83), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 099-317-22-05 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Həmçinin vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.