ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Ölkəmizdə aparılan demokratik islahatlar haqqında qonağa məlumat verən nazir F.Məmmədov Azərbaycan ilə Əlcəzair arasında mehriban münasibətlərin, hərtərəfli əməkdaşlığın, xüsusilə də hüquqi sahədə əlaqələrin inkişafının hər iki dövlət üçün əhəmiyyətini vurğulamışdır.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir xalqlarımız arasında ənənəvi əlaqələrin mövcudluğunu qeyd etmiş, Azərbaycan-Əlcəzair əməkdaşlığının müqavilə-hüquq bazasının zənginləşdirilməsinin, o cümlədən hüquqi yardım və ekstradisiya haqqında dövlətlərarası müqavilə layihələrinin razılaşdırılaraq imzalanmasının vacibliyini vurğulamış, bu məqsədlə Azərbaycan ədliyyə nazirini Əlcəzairə səfərə dəvət etmişdir.
Səfir beynəlxalq terrorizmlə mübarizədə səylərin birləşdirilməsinin əhəmiyyətini də qeyd etmiş, ölkəmizin məruz qaldığı hərbi təcavüzlə bağlı Azərbaycanın ərazi bütövlüyünün və ədalətli mövqeyinin dəstəkləndiyini bildirmişdir.
Faydalı fikir mübadiləsi şəraitində keçən görüşdə ədliyyə nazirinin müavini Vilayət Zahirov iştirak etmişdir.