ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Ölkəmizdə aparılan demokratik hüquqi islahatlar, qəbul edilmiş, mütərəqqi qanunlar, insan hüquqlarının daha etibarlı müdafiəsinə yönəldilmiş konkret tədbirlər barədə qonağa ətraflı məlumat verən nazir, dövlətimizin beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-lə sıx əlaqələrindən danışmış, bu mötəbər təşkilatla əməkdaşlığa mühüm əhəmiyyət verildiyini bildirmişdir.
Azərbaycanda həyata keçirilən demokratik islahatları yüksək qiymətləndirən M.Pavezi bu sahədə qısa müddətdə mühüm işlər görüldüyünü, dünya standartlarına uyğun qanunvericilik bazasının yaradıldığını vurğulayaraq, yeni qanunların tətbiqinin əhəmiyyətini qeyd etmişdir.
Söhbət zamanı hakimlər üçün tədris tədbirləri, vəkillik haqqında yeni qanunvericiliyin tətbiqi, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi və digər konkret sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Tərəflər nəzərdə tutulan tədbirlərin faydalı nəticələr verəcəyinə əmin olduqlarını bildirmişlər.
Görüşdə ədliyyə nazirinin müavini Toğrul Musayev iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [23:13]
Müharibə veteranı Taleh Qasımov: Zəfər Günü xalqımızın qürur mənbəyidir
- 06.11.2026 [20:27]
Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub
- 06.11.2026 [19:53]
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
- 06.11.2026 [19:38]
Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib
- 06.11.2026 [19:37]
Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub
- 06.11.2026 [19:01]
Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub
- 06.11.2026 [18:39]