Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Ədliyyə sahəsində fərqlənməyə görə”
Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə

                                                                     Azərbaycan Respublikasının 2012-ci

                                                                    il 29 iyun tarixli Qanunu ilə təsdiq

                                   edilmişdir

 

Maddə 1. Təltif edilən şəxslər

“Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə ədliyyə sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və başqa şəxslər aşağıdakılara görə təltif edilirlər:

ədliyyə orqanlarında qulluqda xüsusi fərqlənməyə görə;

ədalət mühakiməsinin həyata keçirilməsi işinə əhəmiyyətli töhfə verməyə görə;

ədliyyə orqanları ilə səmərəli əməkdaşlığa görə;

ədliyyə sahəsində mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka və digər xidmətlərə görə.

Maddə 2. Təltif edən orqan

Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri “Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.

Maddə 3. Döşə taxılma qaydası

“Ədliyyə sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin