ELM VƏ TƏHSİL
Edmund S.Muskie Mübadilə Proqramı elan edilmişdir
Bakı, 8 oktyabr (AZƏRTAC). ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosunun “Edmund S. Muskie Mübadilə Proqramı (MUSKIE)” elan edilmişdir.
AZƏRTAC xəbər verir ki, bütün iştirakçılar iki ilədək tam akademik təhsil almaq, birinci ildə yerli icmanın faydalana biləcəyi layihə hazırlamaq, akademik təhsilin davamı olan təcrübə keçmək imkanı qazanırlar.
Proqram üçün müraciətlər noyabrın 2-dək qəbul olunur. Ərizə formalarını əldə etmək və təhvil vermək üçün IREX-in Azərbaycandakı ofisinə müraciət etmək lazımdır (tel.:497-39-02). Uyğunluq və seçim meyarları haqqında daha geniş məlumatlar ərizə formasında verilmişdir. İştirakçılar açıq müsabiqə yolu ilə seçiləcəkdir.
Ətraflı məlumatı http://www.irex.org/programs/muskie və www.irex.az internet ünvanlarından əldə etmək olar.
Qeyd edək ki, ABŞ-ın Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (İREX) Azərbaycan üzrə nümayəndəliyi tərəfindən reallaşdırılan MUSKIE proqramı təhsilin bakalavr pilləsini bitirmiş şəxslərə Amerika universitetlərində magistr dərəcəsi almaq imkanı yaradır.