İQTİSADİYYAT
Ə.Əmirov adına neft-qaz çıxarma idarəsi ilin birinci rübünü yüksək texniki-iqtisadi göstəricilərlə başa vurmuşdur
Bakı, 14 aprel (AZƏRTAC). “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına neft-qaz çıxarma idarəsinin kollektivi ilin birinci rübünü yüksək texniki-iqtisadi göstəricilərlə başa vurmuşdur.
AZƏRTAC xəbər verir ki, müəssisədə cari ilin yanvar-mart aylarında 24 min 355 ton neft hasil olunmuş və rüblük plan 128,2 faiz yerinə yetirilmişdir.
Neft təhvili planına isə 128,4 faiz əməl olunmuşdur. Belə ki, 18 min 900 ton proqnoza qarşı, 24 min 268 ton neft təhvil verilmişdir.
Müəssisədə qaz hasilatı da artmışdır. Belə ki, 9 milyon 160 min kubmetr plana qarşı, 9 milyon 909 min kubmetr qaz hasil olunmuşdur. Qazın təhvili planı 109 faiz yerinə yetirilmiş, 8 milyon 130 min kubmetr proqnoza qarşı, 8 milyon 863 min kubmetr qaz təhvil verilmişdir.
Bununla yanaşı, idarənin nəzdində olan 51 quyuda texniki tədbir nəzərdə tutulduğu halda, 62 quyu istismara hazır vəziyyətə gətirilmiş, nəticədə 204 tona qarşı, 321,2 ton neft hasil olunmuşdur.
Hazırda müəssisənin ümumi quyu fondu 513-ə bərabərdir. Onlardan 440-ı işlək, 70-i fəaliyyətsiz fonda aiddir, 3 quyu isə mənimsəmədədir.