CƏMİYYƏT
Əfqanıstan vətəndaşını qarət etmiş şəxs saxlanılmışdır
Bakı, 18 mart (AZƏRTAC). Martın 17-də naməlum şəxs, Əfqanıstan vətəndaşı Seyid Yusifini döyərək noutbukunu aparmışdır.
Hadisəni törədən Bakı şəhər sakini İlkin Quliyev Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Səbail Rayon Polis İdarəsinin əməkdaşları isə martın 2-də vətəndaş Rüstəm Hacıyevə məxsus, qaçırılmış “VAZ-2107” markalı avtomaşını üzərinə digər dövlət nömrə nişanları taxılmış vəziyyətdə idarə edilərkən saxlamış, onu qaçırmış paytaxt sakinləri Şərif Şəfiyevi və Taciəddin İsmayılovu yaxalamışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar davam etdirilir.