Əfqanıstanda 5,3 bal gücündə zəlzələ olub
Bakı, 22 may, AZƏRTAC
Bu gün Əfqanıstanın şimal-şərqində Pakistanla Tacikistanın sərhədlərı yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Sakit okean seysmologiya mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Tacikistanın İşkaşim yaşayış məntəqəsindən 35 kilometr cənub-qərbdə, ocağı isə yer səthindən 80 kilometr dərinlikdə yerləşıb.
Təbii fəlakət nəticəsində zərər çəkənlər, yaxud dağıntılar olub-olmadığı barədə hələlik məlumat verilmir. Ariana News telekanalının məlumatına görə, yeraltı təkanlar Əfqanıstanın paytaxtı Kabildə də hiss edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]