ƏFQANISTANDA PREZİDENT SEÇKİLƏRİ BAŞA ÇATMIŞDIR
Bakı, 20 avqust (AZƏRTAC). Əfqanıstanda prezident və əyalət məclislərinə seçkilər başa çatmışdır. Seçki məntəqələrində səsvermə yerli vaxtla saat 16-da başa çatmalı olsa da, proses bir saat artıq davam etmişdir. Müstəqil seçki komissiyasının məlumatında deyilir ki, rəsmi nəticələr sentyabrın 3-dən sonra elan olunacaqdır.
Hakimiyyət dairələri seçicilərin fəallığının seçkilərin baş tutması üçün kifayət etdiyini bildirmişlər. Səhər saatlarında seçicilərin məntəqələrə gəlişi zəif olsa da, axşama yaxın onların fəallığı artmışdır. Müşahidəçilər etiraf edirlər ki, seçkilər qeyri-bərabər səviyyədə keçmişdir. Bir sıra əyalətlərdə seçki məntəqələri təhlükəsizliyin lazımi səviyyədə təşkil olunmaması üzündən ya açılmamış, ya da böyük ləngimələrlə fəaliyyətə başlamışdır. Vardak əyalətində talibançılar seçkilərə mane olmuş, məntəqələrə gedən yolda bütün nəqliyyatı saxlayaraq seçiciləri silahla hədələmiş və onları geri qaytarmışlar. Bu səbədən Hazni əyalətinin 17 dairəsindən 10-da əfqanlar səsvermədə iştirak edə bilməmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [13:01]
ABŞ Prezidentinin Çinə səfəri başlayıb
- 18.11.2026 [12:49]
COPArt sərgisi Türkiyənin mirası kimi gələcək COP-larda da təqdim olunacaq
- 18.11.2026 [12:41]
Alimlər beyin xərçəngi hüceyrələrinin yayılma mexanizmini aşkar ediblər
- 18.11.2026 [12:31]