DÜNYA
Əfqanıstanda Ramazan bayramı mərasimində partlayış baş verib
Bakı, 16 iyun, AZƏRTAC
Əfqanıstanın şərqində Ramazan bayramı münasibətilə keçirilən mərasimdə güclü partlayış baş verib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, partlayış nəticəsində azı 10 “Taliban” üzvü və mülki şəxs həlak olub. Nanqarhar vilayəti qubernatorunun nümayəndəsi bildirib ki, ilkin məlumata görə, taliblərin maşınlarından birində təsadüfən raket partlayıb.
Bir qədər əvvəl Əfqanıstanın daxili işlər naziri Vais Əhməd Barmak atəşkəsə əməl olunması fonunda Kabildə “Taliban” hərəkatının bir neçə üzvü ilə görüşüb.
Xatırladaq ki, Əfqanıstan Prezidenti Əşrəf Qani Ramazan bayramı ilə əlaqədar iyunun 11-dən 19-dək ölkədə birtərəfli qaydada atəşkəs elan etmişdi. Sonradan hökumətin ardınca “Taliban” hərəkatı da atəşin üç günlüyə dayandırılması barədə bəyanat vermişdi.