Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497; 1999, № 5, maddə 285; 2001, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003, № 6, maddə 256; 2004, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006, № 2, maddə 66, № 12, maddə 1028; 2007, № 6, maddə 560, № 11, maddə 1052, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2009, № 2, maddə 46, № 12, maddə 949; 2010, № 11, maddə 962; 2011, № 2, maddələr 70, 71, № 7, maddə 616; 2012, № 6, maddə 510; 2013, № 11, maddələr 1285, 1305, 1316; 2015, № 2, maddə 104, № 4, maddə 345, № 6, maddə 681; 2016, № 2 (I kitab), maddə 189, № 4, maddə 658; 2017, № 6, maddə 1060, № 7, maddə 1262; 2019, № 2, maddə 180, № 9, maddə 1484; 2020, № 5, maddə 521, № 7, maddə 826, № 12 (I kitab), maddə 1425; 2021, № 6 (I kitab), maddə 542, № 8, maddə 897, № 11, maddə 1205; 2022, № 6, maddələr 581, 592, № 8, maddə 823; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 809-VIQD nömrəli Qanunu) 12-ci maddəsinin səkkizinci hissəsində “orqanları” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə, “edirlər” sözü “edir” sözü ilə əvəz edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2023-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin