Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Bakı, 10 fevral, AZƏRTAC 

Sosial təminat sisteminin əhatəliliyinin artırılması, səmərəliliyinin yüksəldilməsi, bu sahədə iş mexanizmlərinin müasir texnologiyalar üzərində təkmilləşdirilməsi ilə ünvanlılığın və şəffaflığın tam təmin olunması 2016-cı ildə də ölkədə aparılan sosial siyasətin əsas hədəflərindən olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun ötən il üzrə fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında vurğulayıb. S.Müslümov bildirib ki, dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşdüyü, iqtisadi və maliyyə böhranının kəskin xarakter aldığı 2016-cı ildə dünya ölkələrinin üzləşdiyi çətinliklərdən ölkəmizin uğurla çıxa bilməsi ötən dövrdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən respublikada postenerji dövrünə xas çevik və səmərəli, elmi-praqmatik əsaslara söykənən iqtisadi idarəetmə sisteminin qurulması sayəsində mümkün olub. Çətin şəraitdə dövlətin valyuta ehtiyatlarının qorunub saxlanmasına nail olunmaqla, iqtisadi şaxələndirmənin daha da genişləndirilməsi, qeyri-neft sənayesinin və regionların inkişafı istiqamətində növbəti addımların atılması təmin edilib: “Qeyd olunan müsbət proseslər əhalinin sosial rifah halının da mümkün risklərdən qorunması ilə müşahidə olunub. 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri yaradılıb. Bu və digər mühüm sosial müdafiə tədbirləri, o cümlədən sosial ödənişlərin artırılması, bunun üçün 600 milyon manatadək əlavə vəsait yönəldilməsi ilə ailə gəlirlərinin azalmasının, əhalinin minimum istehlak səbətinə və aztəminatlı təbəqələrinin alıcılıq qabiliyyətinə mənfi təsirlərin qarşısının alınmasına nail olunub”.

Sosial proqramların uğurlu icrası, eləcə də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin də uğurla davam etdirildiyini bildirən nazir ötən il bu təbəqələrdən olan 288 nəfərin mənzillə (o cümlədən 118 nəfərin yeni inşa olunmuş binalardan mənzillə, 170 nəfərin isə fərdi yaşayış evi ilə) təminatının həyata keçirildiyini, 140 nəfər imtiyazlı şəxsin dövlət büdcəsi hesabına avtomobillə təmin edildiyini diqqətə çatdırıb: “Ümumilikdə, dövlət başçısının müvafiq fərman və sərəncamları sosial təminat sisteminin bütün istiqamətləri üzrə artım dinamikasının davam etməsinə şərait yaradıb. Misal üçün, ötən il əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2 faiz artaraq 192,18 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 213,81 manata çatıb. Sosial müavinət və təqaüdlərin orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 10 faiz artıb. Keçən il 483,5 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 57,8 min nəfərdən çox şəxsə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ödənilib ki, bu məqsədlərə yönələn vəsaitin məbləği 2015-ci illə müqayisədə 35,2 milyon manat və ya 11,6 faiz çox olub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanlarına əsasən Azərbaycanın Milli Qəhrəmanları üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün aylıq məbləği 2016-cı ilin 1 noyabr tarixindən artırılaraq 1000 manatdan 1300 manata çatdırılıb”.

S.Müslümov bildirib ki, sosial təminat sisteminin əhatəliliyinin artması amili sosial yardım proqramında da özünü göstərir: “Keçən il orta hesabla 165352 ailə (692044 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub ki, bu da əvvəlki illə müqayisədə 53,26 faiz çox aztəminatlı ailənin dövlət sosial təminat sistemi ilə əhatə olunduğunu təsdiq edir. Həmçinin ötən il ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 151,70 manat (ailə üzvünə görə 36,12 manat) olub”.

Nazir ötən ilin uğurlu islahat tədbirlərinə də toxunub, 2016-cı ilin fevralında ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) istifadəyə verilməsi ilə müasir, məmur müdaxiləsi heç bir halda mümkün olmayan və tam şəffaf sosial yardım sisteminin formalaşdığını vurğulayıb: “Bu gün bizim digər avtomatlaşdırılmış sistemlərimiz kimi, VEMTAS-a da mötəbər beynəlxalq təşkilatlar tərəfindən böyük maraq müşahidə edilir. Bu günlərdə Dünya Bankının ekspert qrupunun müraciətinə əsasən, təşkilatın Vaşinqton şəhərindəki mərkəzi ofisi üçün bu sistemin geniş təqdimatı keçirildi. BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında bu və digər avtomatlaşdırılmış sistemlərimiz təbliğ edilir. Həmin sistemlərlə bağlı bizim təcrübəmizi öyrənməyə maraq göstərən ölkələrin sayı da artır”.

Nazir qeyd edib ki, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti istifadəyə verildiyi vaxtdan “Elektron Hökumət” portalında əhalinin ən çox faydalandığı e-xidmətlərdən biridir. 2016-cı il fevral ayında “Elektron hökumət” portalına inteqrasiya edilən həmin e-xidmətdən cari ilin 1 yanvar tarixinədək 1 milyon 835 min 235 dəfə istifadə edilib: “Ümumilikdə, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a qədər elektron xidməti əhalinin istifadəsindədir və geniş istifadəçi kontingenti ilə seçilən bu e-xidmətlərdən vətəndaşlar təkcə 2016-cı ildə 6 milyon 550 min dəfə yararlanıblar”.

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri üzrə də artım dinamikasının davam etdiyini bildirən nazir Fondun gəlirlərinin 2015-ci ilə nisbətən 262,69 milyon manat və ya 9,01 faiz artaraq 3177,34 milyon manata yüksəldiyini vurğulayıb. S.Müslümov diqqətə çatdırıb ki, müsbət faktorlardan biri kimi və iqtisadi inkişafın daha bir əyani təsdiqi olaraq, qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarında da artım qeydə alınıb. Belə ki, 2016-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 6,44 faiz və ya 116,23 milyon manat artaraq 1921,35 milyon manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 63,54 faizini və ya 1220,78 milyon manatını təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,8 faiz və ya 66,91 milyon manat çoxdur: “Dövlət başçısının “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2017-ci il 21 yanvar tarixli Sərəncamları, habelə 2017-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının artırılması ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin cari ildə də uğurla davam etdirildiyini göstərir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulmuşdur”.

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, Fondun fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı 2017-ci ilin 1 yanvar tarixinə ötən ilin əvvəlinə nisbətən 191,8 min nəfər artaraq 3371,9 min nəfərə çatıb. Ötən il Fondun xərcləri 3194,89 milyon manat təşkil edib və bunun da 3135,68 milyon manatı və yaxud 98,1 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 3043,86 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinət xərcləri isə 91,82 milyon manat olub. İlin əvvəlinə büdcə qalığı və Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Ölkə üzrə əmək pensiyaçılarının sayı 1 yanvar 2017-ci il tarixinə 15281 nəfər və ya 1,2 faiz artaraq (o cümlədən yaşa görə 0,1 faiz, ailə başçısını itirməyə görə 3,8 faiz, əlilliyə görə 2,4 faiz artmışdır) 1 315 227 nəfər təşkil edib.

Ötən il əlilliyi olan şəxslərin asudə vaxtının təşkili məqsədi ilə 1015 nəfər bu təbəqədən olan şəxs ölkəmizin müxtəlif bölgələrindəki istirahət-sağlamlıq mərkəzlərinə göndərilib. 2016-cı ildə Fondun tabeliyindəki sosial xidmət müəssisələrində, ümumilikdə, 1085 nəfər tam dövlət təminatında olub. Dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsində 120 nəfər bu kateqoriyadan olan şəxs yaşayır və ötən il müəssisənin 125 nəfərlik ikinci korpusu da istifadəyə verilib. Eyni zamanda, hesabat dövründə 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzinə 350 nəfər sağlamlıq imkanları məhdud gənc müxtəlif peşə kurslarına cəlb olunub və kursları bitirənlərə sertifikatlar verilib. Hazırda Mərkəzdə 113 nəfər kurs keçir. Yeni sosial müdafiə əhəmiyyətli obyektlər kimi, 2016-cı ilin dekabr ayında Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzi, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacaq və yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzi istifadəyə verilib. Ötən il nazirliyin müəyyən etdiyi prioritet istiqamətlər üzrə sosial sifarişlər əsasında QHT-lər tərəfindən 37 layihə üzrə 2046 nəfər uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilib.

Əlilliyi olan şəxslərin sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi, insan alveri qurbanlarına ehtiyac duyduqları yardımların təşkili, tənha ahıl və əlilliyi olan şəxslərə evlərində sosial xidmətin göstərilməsi və digər aidiyyəti fəaliyyət sahələrində görülən işlərin yekunları da diqqətə çatdırılıb.

İclasda 2016-cı ildə sosial cəhətdən həssas əhali qruplarının sosial təminatının gücləndirilməsi sahəsində görülən işlərin yekunları və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Əldə olunmuş uğurlu nəticələrdən bəhs olunmaqla yanaşı, yol verilmiş ayrı-ayrı nöqsanlar da qeyd edilib, fəaliyyətində, habelə əhaliyə xidmətin təşkilində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib