ƏHALİNİN SOSİAL PROBLEMLƏRİ ÖYRƏNİLİR
Ağcabədi Rayon İcra Hakimiyyəti əhalinin sosial problemlərini öyrənmək məqsədi ilə idarə və müəssisələrdə, yaşayış məntəqələrində vətəndaşlarla görüşlər keçirir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, görüşlərdə ərizə və şikayətlərə baxılır, qaldırılmış məsələlər operativ həll olunur, əhalinin arzu və istəkləri dinlənilir. Rayonun ərazisində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə də mütəmadi görüşlər keçirilir.