Əhmədli qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb YENİLƏNİB
Bakı, 17 iyun, AZƏRTAC
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə baş vermiş yanğın söndürülüb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
14:07
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [15:25]
Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
- 12.11.2026 [15:11]
Mərkəzi istilik sistemi nə vaxt işə düşəcək? VİDEO
- 12.11.2026 [14:00]