Azərbaycan Dövlət İnformasiya Agentliyi

EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ HÜSEYNQULU BAĞIROVUN ÇIXIŞI

- Möhtərəm Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Azərbaycan Respublikası hazırda dünyada nadir olan iqtisadi inkişaf dövrünü yaşayır. Müharibənin vurduğu yaralara baxmayaraq, belə yüksək göstəricilər banisi ümummilli liderimiz Heydər Əliyev olan sabitlik və sosial-iqtisadi inkişaf strategiyasının mürəkkəb bir şəraitdə uğurla həyata keçirilməsi və cənab Prezident, Sizin yeni dövrdə bu strategiyanı yeni məzmunda, enerji, coşqu, dəmir iradə ilə davam etdirməyiniz nəticəsində mümkün olmuşdur.

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə məsələsi Sizin apardığınız sosial-iqtisadi islahatlarda mühüm yer tutur. Ölkəmizin ekoloji durumuna həm vaxtilə ulu öndərimizin göstərdiyi, həm də möhtərəm Prezident, Sizin çox gərgin iş rejiminizdə göstərdiyiniz xüsusi diqqət və qayğı ictimaiyyət tərəfindən daim yüksək qiymətləndirilmişdir.

Respublikanın başqa ərazilərində olduğu kimi, Abşeron yarımadasında da ətraf mühitin sağlamlaşdırılması sahəsində müəyyən tədbirlər görülmüşdür. Sumqayıtın bir neçə min kvadratmetr ərazisində 40 min tondan çox civə tərkibli təhlükəli tullantılar toplanaraq, emal olunaraq, daşınaraq xüsusi poliqonda müasir standartlara uyğun şəkildə basdırılmışdır. Həmin tullantıların basdırıldığı və ən müasir standartlara cavab verən poliqon Dünya Bankının krediti hesabına tikilmişdir və bu və ya başqa ərazilərdəki təhlükəli tullantılar üçün nəzərdə tutulmuşdur. Poliqona 7 kilometr yol çəkilmiş, asfalt döşənmişdir.

Cənab Prezident, Sizin Sərəncamınızla Abşeron yarımadasında - Şah dili ərazisində 800 hektardan çox sahədə Abşeron milli parkı yaradılmışdır ki, bundan sonra yarımadanın nadir təbiəti qorunub saxlanılsın. Həmin parkda müvafiq infrastruktur yaradılır, xüsusi mərkəz, muzey və idarə binaları tikilmişdir. Burada insanlara Abşeronun real təbiəti ilə tanış olmaq imkanı yaradılır.

Abşeron yarımadasının çirkləndirilməsində əsas rolu olan neftlə çirklənmiş torpaqların pozulmuş hidrologiyası nəticəsində yaranmış çoxsaylı göllərin vəziyyəti öyrənilmiş, xüsusi xəritələr, hesabatlar hazırlanmış və tədbirlər planı tutulmuşdur. Bakı aeroportunda uçuş-enmə zolağı boyunca ərazilərin vəziyyəti tədqiq edilmiş və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün Azərbaycan Dövlət Neft Şirkəti və “Azərbaycan Hava Yolları” Dövlət Konserni ilə razılaşdırılmış tədbirlər planı hazırlanmışdır. Abşeron yarımadasının sahilləri, çimərlik zonası tədqiq edilmiş, vəziyyəti nəzarət altında saxlamaq üçün müasir tələblərə cavab verən 7 ekoloji laboratoriya yaradılmışdır. Həmin ərazilərdə vəziyyət barədə məlumat qərar qəbul edən şəxslərə mütəmadi olaraq çatdırılır. Bir neçə istiqamətdə gündəlik, həftəlik, aylıq xüsusi məlumat bülletenləri hazırlanır, dövlət orqanlarına təqdim olunur.

Cənab Prezident, görülən bu işlərlə yanaşı, Sizin tamamilə düzgün qeyd etdiyiniz kimi, respublikada həlli vacib olan ekoloji problemlər də mövcuddur. Bunların da əksəriyyəti Abşeron yarımadasında cəmləşmişdir. Ölkə əhalisinin təxminən 40 faizinin və sənaye potensialının 70 faizinin cəmləşdiyi bu ərazi ekoloji cəhətdən respublikanın ən gərgin regionudur. Ümumi sahəsi 222 min hektar olan Abşeron yarımadasındakı yararsız torpaqların, yəni üst qatı pozulmuş, çirklənməyə məruz qalmasa da, öz təbii imkanlarını itirmiş torpaqların sahəsi 30 min hektara qədərdir. Bunun neftlə çirklənmiş hissəsi 10,6 min hektara yaxındır. Neft və neft məhsulları ilə ən çox çirklənmiş torpaq sahələri Qaradağ, Binəqədi, Sabunçu, Suraxanı, Əzizbəyov və Səbail rayonları ərazisindədir.

Abşeron yarımadasının çirklənmiş və sıradan çıxmış torpaqlarının bərpası ilə əlaqədar nazirlik tərəfindən bu zonanın ekoloji vəziyyəti və onun sağlamlaşdırılması üçün zəruri tədbirlər proqramı və Bibiheybət zonasında ekoloji vəziyyət və onun yaxşılaşdırılması üçün zəruri tədbirlər proqramı hazırlanmışdır. Abşeron yarımadasının ekoloji problemlərindən biri sənaye və məişət sularından əmələ gəlmiş və bu sularla çirklənmiş göllərdir. Ümumi sahəsi 3325 hektara yaxın 800-ə qədər göldən 200-ü nisbətən iri göllərdir. Onların tərkibinə hər il 40 milyon kubmetrdən çox çirkab və yaxud lay suları axıdılır. Göllərin ekoloji vəziyyətini gərginləşdirən əsas amillər neftlə çirklənmə, istehsal, sənaye mənşəli tullantı suları, kommunikasiya sistemləri ilə təchiz olunmadan inşa edilən çoxsaylı yeni yaşayış evlərindən və ictimai binalardan axıdılan məişət və təsərrüfat sularından ibarətdir. Böyükşor, Bülbülə, Qırmızıgöl, Xocasən və Çuxurdərə gölləri daha çox çirklənməyə məruz qalmışdır. Bu göllərdə zərərli maddələrin miqdarı normadan 8-12 dəfə artıqdır. Problemin aradan qaldırılması üçün nazirlik tərəfindən Abşeron yarımadasında yerləşən göllərin və digər yerlərin ekoloji vəziyyətinin sağlamlaşdırılması layihəsi hazırlanmışdır. Nəzərə alsaq ki, bu göllər artıq böyüməkdə olan Bakı şəhərinin ərazisinin genişlənməsinə mane olur, istərdim, bəzi ərazilər haqqında geniş məlumat verim.

Böyükşor Abşeron yarımadasının Binəqədi, Sabunçu və Nərimanov rayonları ərazisində yerləşən böyük göldür. İlk dövrlərdə göl, əsasən, yeraltı sulardan qidalanırdısa, hazırda buraya çoxsaylı çirkab axınları mövcuddur. Gölün su səthi 1300 hektar, uzunluğu 10 kilometr, eni 1,5-2 kilometrdir. Dərinliyi 4-8 metr olan bu böyük göl 45 milyon kubmetrə qədər su saxlayır. Bu günə qədər gölün torpaq tökülməklə tamamilə qurudulmuş ərazisi 15 hektardan çoxdur. Amma bir neçə yüz hektar ərazidə, demək olar ki, suyun səviyyəsi torpağadək enmiş, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən oradakı cəzaçəkmə müəssisəsinin yanından qarşıdakı sahilə qədər bənd vurulmuşdur. Hazırda göldən gündə 7 min kubmetrə qədər su vurulur. Orada suyun azalmaması göstərir ki, gölün qida mənbələrinin qarşısı alınmamışdır.

İLHAM ƏLİYEV: Bu, böyük problemdir. Amma mən hesab edirəm ki, bəlkə baxasınız, bu gölü qurutmaq o qədər də asan məsələ deyildir. Bəlkə onu təmizləmək olar ki, təmiz bir göl kimi qalsın. Bunu etmək mümkündür, müvafiq işlər görülməlidir. Əgər o təmizlənərsə, gölün ətrafında tamamilə yeni bir mühit yaranacaqdır. Sonra orada yaşayış massivləri tikmək, parklar salmaq olar. Çünki o sahə ekoloji cəhətdən çox bərbad vəziyyətdədir. Yəni siz bu varianta da baxın.

HÜSEYNQULU BAĞIROV: Əslində, bu problemin həlli ilə bağlı təkcə tədqiqat işləri yox, həm də cənab Prezident, Sizin tapşırığınızla müəyyən hazırlıq işləri görülür. Sizin razılığınızla hazırda Dünya Bankı ilə danışıqlar aparılır. Artıq danışıqlar layihə hazırlamaq prosesinə keçmişdir. Sizin səsləndirdiyiniz bir fikir burada əsas götürülmüşdür ki, çirklənmiş torpaqların və ərazilərin təmizlənməsi, bərpası ola bilsin, hansısa xüsusi bir fonda, agentliyə tapşırıla bilər və onlar Dünya Bankından alınan kredit və yaxud dövlətin vəsaiti ilə işləyəcəkdir. Amma müəyyən ərazilərin sahibləri olduğu üçün, iri müəssisələrə məxsus min hektarlarla torpaq sahələri istismardan çıxarılıb müəyyən müddətdən sonra dövlətə qaytarılmalıdır. Onlar imkanlı təşkilat kimi torpaqları bərpa edib tədricən dövlətə qaytarır, yaxud dövlətin göstərdiyi istiqamətdə istifadəsini təmin edə bilər.

İLHAM ƏLİYEV: Əlbəttə, Dünya Bankının krediti ilə işləmək lazımdır. Biz uzun müddətdir Dünya Bankı ilə əməkdaşlıq edirik. Amma bəzi hallarda onların prosedur qaydaları çox vaxt aparır. Ona görə baxın, təxirəsalınmaz tədbirlər haqqında fikirləşmək lazımdır. Biz əlavə maliyyə resurslarını da bu işlərə cəlb edəcəyik. Amma əsas məsələ çirklənmənin səbəbini aşkar etmək, onu təhlil etmək və onun qarşısını almaqdır. Əgər onu etməsək, heç bir işin səmərəsi olmayacaqdır. Əlbəttə ki, ən çox çirkləndirən müəssisələr, təşkilatlar gərək bu işə məsuliyyətlə yanaşsınlar. Məndə olan arayışda hansı sahələrdə hansı təşkilatların ekoloji vəziyyətə daha çox mənfi təsir göstərdiyi bildirilir.

Misal üçün, göllərdən danışırsınız, bu göllərin çirklənməsində səbəbkarlar, ilk növbədə, neft-qaz çıxarma müəssisələri, yerli icra hakimiyyətləri, bələdiyyələrdir, torpaq ayıranda bütün şəhərsalma normaları və ekoloji amillər nəzərə alınmır. “Azərsu” Səhmdar Cəmiyyətidir ki, kanalizasiya şəbəkəsi yaşayış məntəqələrini tam əhatə etmir və axıntı suları lazımi səviyyədə təmizlənmir. Bakı buxtasının çirklənməsində ən çox günahkar təşkilatlar yenə də neft-qaz çıxarma və neft emalı müəssisələri, “Xəzərdənizneftdonanma”, Xəzər Dəniz Gəmiçiliyi, Beynəlxalq Dəniz Ticarət Limanı, “Azərsu” Səhmdar Cəmiyyəti, Bakı Şəhəri İcra Hakimiyyəti və bələdiyyələr və sairdir. Məndə başqa məlumatlar da var. Amma gərək əsas bu təşkilatlar bütün bu qüsurları tezliklə aradan qaldırsınlar, tədbirlər planı hazırlasınlar və biz işə başlayaq.

HÜSEYNQULU BAĞIROV: Cənab Prezident, tamamilə doğru buyurursunuz. İcazənizlə, Böyükşorla bağlı məlumatı yekunlaşdıraraq deyim ki, Sizin sözünüzün təsdiqi kimi, hazırda “Azərsu”nun əvvəllər Bakı Şəhəri İcra Hakimiyyətinin balansında olan nasos stansiyası işləyir. Sutkada 20 min kubmetr çirkab su Hövsan istiqamətinə vurulur. Ancaq araşdırmalar göstərir ki, eyni zamanda, qurudulan ərazidən təxminən 7 min kubmetrdən artıq həcmdə su kənara axıdılır. Ətraf ərazilərdə 49 axardan təxminən 16 min kubmetr çirkab suyu, məişət tullantıları gəlir ki, bu da müəyyən səviyyənin saxlanılması üçün yetərlidir.

İLHAM ƏLİYEV: Yəni, bir tərəfdən təmizlənir, su vurulur, göl qurudulur, digər tərəfdən isə oraya yenə də su axır. Bunun heç mənası yoxdur, onu əbədi qurudacaqlar? Ona görə deyirəm ki, yeni bir təklif üzərində işləyin, gölü təmizləyib onu çox gözəl, ekoloji cəhətdən təmiz bir göl edək və o ərazi tamamilə öz görkəmini dəyişəcəkdir.

HÜSEYNQULU BAĞIROV: Cənab Prezident, baş üstə.

Cənab Prezident, Bakı buxtası məsələsinə tamamilə doğru toxundunuz. Bu, narahatlıq doğuran məsələlərdən biridir və buna dəfələrlə toxunmusunuz. 2000-ci ildə Hollandiya şirkəti tərəfindən Bakı buxtasının təmizlənməsi layihəsi hazırlanmışdır. Bizim apardığımız tədqiqatın nəticələri, demək olar, onların araşdırmaları ilə üst-üstə düşür. Əgər oraya gündəlik axıdılan 937 min kubmetr çirkab sularının qarşısı alınarsa, tədqiqatçıların göstərdiyi 60 milyon tondan 120 milyon tona qədər dib çöküntülərinə əl vurmadan, təbii çöküntülər hesabına oranın izolyasiyası və suyun təmizlənməsi hesabına 3-4 ilə Bakı buxtasını təmizləmək mümkün olacaqdır. Bu, böyük vəsaitlərin xərclənməsinin də qarşısını alır. Onsuz da bu işlər görülməli, kanalizasiya və başqa axarların qarşısı alınmalıdır. Çirkli sular təmizləyici qurğulardan keçirilərək, lazım gələrsə, dənizə buraxılmalıdır. Bu işin görülməsi Bakı buxtasının qısa müddətdə təmizlənməsinə səbəb olacaqdır.

Bibiheybət zonasının yaşayış məntəqələrində ətraf əraziyə və 32-ci kanal vasitəsilə Xəzər dənizinə sutka ərzində axıdılan 13 min kubmetr təsərrüfat-məişət sularının təmizlənməsi zəruridir. Bura Bakının mərkəzinə yaxın perspektivli bir ərazidir. Hazırda orada kortəbii şəkildə kiçik və infrastrukturu olmayan yaşayış evləri tərəfindən ikinci ekoloji problemin yaranmasına aparan proses müşahidə olunur. İndi “Bakı buxtasının ekoloji vəziyyəti və onun yaxşılaşdırılması üçün zəruri tədbirlər proqramı” işlənib hazırlanmışdır və razılaşdırılmaq üçün ikinci dəfə Nazirlər Kabinetinə göndərilmişdir. Demək olar ki, bu iş sona çatmışdır.

Siz Abşeron çimərlikləri ilə bağlı da doğru qeyd etdiniz.

Çimərliklərin ekoloji vəziyyəti ilə bağlı problemlər də narahatlıq doğurur. Biz bu məsuliyyəti öz üzərimizə götürürük, nazir kimi şəxsən mən öz üzərimə götürürəm. Əlbəttə, bu barədə vaxtında və mütəmadi məlumat verilməlidir ki, tədbirlər görülsün. Söz veririk ki, bundan sonra tədbirlər vaxtında görüləcəkdir. Bunun üçün xüsusi laboratoriya yaradılmışdır. Həmin laboratoriyada təkcə kimyəvi yox, həm də bioloji tədqiqat aparmaq mümkündür. Bununla bağlı məlumatın qərar qəbul edən şəxslərə hər üç gündən bir göndərilməsi təşkil olunmuşdur.

Amma dənizin səviyyəsinin qalxması ilə əlaqədar əksər çimərliklərin ərazisi azalmış, bir çox ərazilərdə bataqlıqlar əmələ gəlmişdir. Sizin göstərişinizdən sonra bəzi tədbirlər görülmüşdür. Buzovna-Zuğulba zonasında dənizin içindən keçən borular təmir olunmuşdur. Oraya rəsmi sənədlərə görə gündə 10 min kubmetr, əslində isə 14 min kubmetrə qədər çirkab suları axıdılır. “Azərsu” tərəfindən inşa olunan bioloji qurğu artıq işə düşmüşdür. Düzdür, həmin qurğu 4 min kubmetrə qədər çirkab su qəbul edir, o da mövcud kanalizasiya şəbəkəsinin imkanlarını göstərir. Eyni zamanda, Buzovnada kanalizasiya şəbəkəsi qurularsa, həmin qurğu suyun təmizlənməsinin öhdəsindən tamamilə gələcəkdir. Bütün proqnozlar göstərir ki, bu, bütün şimal zonasındakı çimərliklərin vəziyyətini əsaslı surətdə dəyişmiş olacaqdır.

İLHAM ƏLİYEV: Çalışmalıyıq ki, bütün zonalarda çimərliklərdə vəziyyət yaxşı olsun. Ona görə indi fikirləşmək lazımdır, proqram tərtib etmək lazımdır ki, hansı tədbirlər görülməlidir, harada nə tikilməlidir - təmizləyici qurğular, kanalizasiya xətləri. Hamısı kompleks şəkildə olmalıdır, özü də təkcə Bakıda yox. Məndə olan məlumata görə, şimal istiqamətində də vəziyyət çox ağırdır. Nabran çimərliklərində vəziyyət dözülməz həddə gəlib çatıbdır. Orada tikilən yeni mehmanxanaların, istirahət zonalarının heç birinin kanalizasiyası yoxdur, bütün sular dənizə axıdılır və faktiki olaraq, orada da çox böyük problemlər yaranır. Yəni Xəzərin sahili boyu bütün bu məsələlərə biz baxmalıyıq. Burada söhbət 800 kilometrlik ərazidən gedir. Yəni bütün bu sahəyə biz gərək kompleks şəkildə baxaq. Əlbəttə, o, çox böyük maliyyə vəsaiti tələb edəcəkdir. Amma onu mərhələlərə bölərik. Ən ağrılı, ən çətin yerləri müəyyən etməliyik, oradan başlamalıyıq. Amma proqram gərək bütün ekoloji vəziyyəti əhatə etsin.

HÜSEYNQULU BAĞIROV: Cənab Prezident, bununla bağlı müəyyən təkliflər hazırlanıb ki, nəzərdə tutulan xərcləri də kəskin surətdə azaltsın. Birincisi, özəl şirkətlərin öz hesablarına kiçikhəcmli təmizləyici qurğuların quraşdırılması məsələsidir. İkincisi, iki min insana xidmət edə bilən, qiyməti aşağı olan, məhəllələrdə istifadə edilən qurğular çox faydalıdır.

İLHAM ƏLİYEV: İndi Azərbaycanda biznes çox sürətlə inkişaf edir. Biz də lazımi şəraiti yaratmışıq. Azərbaycanda bu məsələyə çox liberal yanaşma var. Mənim də siyasətim bundan ibarətdir ki, özəl sektor, sahibkarlıq inkişaf etməlidir, həm kreditlər ayrılır, həm də başqa yardımlar edilir. Mənim iş adamları ilə mütəmadi görüşlərim, onlara siyasi dəstəyin verilməsi, əlbəttə, onların işini yüngülləşdirir. Amma onlar da bu işlərə gərək məsuliyyətlə yanaşsınlar. Onları məcbur etmək lazımdır. Harada yeni bir tikinti aparılırsa, yeni turizm zonası tikilirsə, mütləq orada ən müasir təmizləyici qurğular olmalıdır. Harada ki yoxdur, onların lisenziyasını geri almaq lazımdır. Artur müəllim, Mədəniyyət və Turizm Nazirliyinə göstəriş verin ki, təhlil aparsın. Hansı istirahət zonaları bütün normalara riayət etmirsə, onlara çox ciddi sanksiya tətbiq olunmalıdır. Biz bunu mütləq edəcəyik. Çünki o şirkətlər özləri pul qazanırlar. Daha da çox qazansınlar, biz bunun tərəfdarıyıq. Eyni zamanda, təbiətə ziyan vurmasınlar.

HÜSEYNQULU BAĞIROV: Abşeron yarımadasındakı mühüm obyektlərdən biri də Ceyranbatan su anbarıdır. Sahəsi 13,89 kvadratkilometr olan anbarın şərq yamacında inşa edilmiş yaşayış massivində 1500-dən artıq fərdi ev mövcuddur. Bundan əlavə, anbarın sanitar mühafizə zonasının ətraf ərazisində 12 müəssisə fəaliyyət göstərir. Nəzərə alsaq ki, orada qrunt az gillidir, ənənəvi metodlardan istifadə edən əhali çirkab sularını həyətdəki quyularına buraxırlar. Orada da təcili surətdə müəyyən tədbirlərin görülməsi gündəlikdədir.

İLHAM ƏLİYEV: Bizdə, qanunvericilikdə bu məsələlər öz əksini necə tapır? Yəni ekologiyaya ziyan vuran təşkilatlar, firmalar, insanlar - onlara qarşı hər hansı bir tədbir görülə bilərmi? Yaxud da bununla bağlı cinayət məsuliyyəti bizim qanunvericilikdə var, yoxsa yox?

HÜSEYNQULU BAĞIROV: Cənab Prezident, cərimələr nəzərdə tutulubdur. Müqayisə üçün deyə bilərəm ki, 2001-ci ildə cərimələrin və vurulmuş ziyanın hesabına Ətraf Mühitin Mühafizəsi Fonduna 650 milyon manat daxil olmuşdur.

İLHAM ƏLİYEV: 650 milyon manat, yəni köhnə pulla.

HÜSEYNQULU BAĞIROV: Bəli. 1,4 milyard manat da tətbiq olunmuş, amma ödənməmişdir. 2005-ci ildə bu rəqəmin ödənmiş hissəsi 4,9 milyard manata çatdı. 33 milyard manat cərimə tətbiq olunmuşdur.

İLHAM ƏLİYEV: Bilirsiniz ki, başqa ölkələrdə, məsələn, inkişaf etmiş ölkələrdə ekologiya məsələlərinə çox böyük diqqət göstərilir. Orada bu, qanunvericilikdə necə təsdiq edilmişdir?

HÜSEYNQULU BAĞIROV: Müəyyən qərarlar daha da sərtləşdirilmişdir.

İLHAM ƏLİYEV: Gərək biz də sərtləşdirək. Hətta burada cinayət məsuliyyətindən söhbət getməlidir. Hamı bilməlidir ki, ekologiyanı pozan, ətraf mühitə ziyan vuran təşkilatlar cəzalandırılacaqdır. Ona görə bunun üzərində işləyin, təklif verin, biz bunu sonra həll edəcəyik.

HÜSEYNQULU BAĞIROV: Cənab Prezident, ümumiyyətlə, bu gün aparılan tikinti işlərinin hamısı ekoloji cəhətdən razılaşdırılmalıdır. Amma deyə bilərik ki, irimiqyaslı sənaye və biznes xarakterli tikililərlə bağlı 30-35 faiz müraciətlər olur. Faktlar onu göstərir ki, özəl sektor ətraf mühitə təsir edir, ancaq onlar tərəfindən belə bir praktika yoxdur. Amma Sizin tapşırığınızla bu, tətbiq olunacaqdır.

İLHAM ƏLİYEV: Mütləq tətbiq edin.

HÜSEYNQULU BAĞIROV: Mühüm dövlət əhəmiyyətli obyekt olan Heydər Əliyev adına beynəlxalq hava limanının ətraf ərazisində antropogen fəaliyyət nəticəsində 1187 hektara yaxın sahənin təbii landşaftı tamamilə pozulmuşdur. Belə ki, 130 hektar ərazi sənaye və məişət tullantıları altında qalmış, 750 hektar ərazi neft məhsulları ilə çirklənmiş, 307 hektar torpaq sahəsi isə tullantı sularının axıdılması nəticəsində bataqlıqlaşmışdır. Heydər Əliyev adına beynəlxalq hava limanının ətraf ərazisini əsas çirkləndirən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin tullantıları, Tağıyev adına və “Balaxanıneft” Neftqazçıxarma idarələrinin lay suları, “İqlim” İstehsalat Birliyinin, ətraf qəsəbələrin tullantılarıdır. Nazirlik “Heydər Əliyev adına beynəlxalq hava limanının ətraf ərazisində ekoloji vəziyyət və onun yaxşılaşdırılması üçün zəruri tədbirlər proqramı” işləyib hazırlamışdır. Proqram Dövlət Neft Şirkəti və “Azərbaycan Hava Yolları” Dövlət Konserni ilə razılaşdırılmışdır və hazırda hökumətdə baxılır.

Abşeron yarımadasının mühüm magistral yollarından biri olan aeroport yolunun ətrafında da gərgin ekoloji vəziyyət mövcuddur. Buna Siz özünüz müdaxilə etmisiniz və bir sıra yerlərdə operativ tədbirlər görülmüşdür. Metronun “Əzizbəyov” stansiyası və Sabunçu dairəsi arasında yolun təxminən 2 kilometrinin sağ və sol hissələrinin su altında qalmaq təhlükəsi, Sabunçu və Suraxanı dairələri arasındakı yolun nisbətən çökək hissələrinə bu ərazilərdə yeni inşa olunmuş yaşayış massivlərindən axan tullantı sularının sızması və üfunətli gölməçələrin formalaşması, Yeni Suraxanıdan Mərdəkan dairəsinə qədər yolun sağ və sol hissələrinə Balaxanı və Suraxanı mədənlərindən axan neft tərkibli tullantı suların axıdılması, “Sədərək” və “Binə” ticarət mərkəzlərindən bərk məişət tullantılarının qeyri-qanuni olaraq yaxın ərazilərə tökülməsi problemləri vardır.

Abşeron yarımadasının ən ciddi ekoloji problemlərindən biri bərk tullantıların idarə olunması ilə bağlıdır. Yarımadada olan 5 məişət tullantıları poliqonunun ümumi sahəsi 232,5 hektardır. Qeyri-qanuni zibilliklərin sayı 130-dək, sahəsi isə 448,6 hektardır. Onların təxminən 35 faizi Əzizbəyov, 25 faizi isə Sabunçu rayonlarının ərazisindədir.

Rəsmi fəaliyyət göstərən poliqonlar ekoloji norma və standartlara cavab vermir. Belə ki, poliqonların əraziləri hasara alınmamış və nəzarət təşkil olunmamışdır, tullantılar boşaldılandan sonra torpaq qatı ilə örtülərək basdırılmır. Çeşidlənmə aparılmadığından, təhlükəli və bir sıra sənaye tullantıları məişət tullantıları ilə birlikdə poliqonda yerləşdirilir.

Hazırda tullantıların idarə olunması ilə özəl şirkətlər-“UP-Azərbaycan”, “ADES” Almaniya-Azərbaycan, “Kasko-RJP”, “Kasko-Waste Services” Finlandiya-Çexiya-Azərbaycan birgə müəssisələri və yerli icra hakimiyyətlərinin mənzil-kommunal təsərrüfatı qurumları və bələdiyyə orqanları məşğuldur. Bu təşkilatlar tərəfindən tüllantıların düzgün idarə olunmaması səbəbindən, həm müvəqqəti toplanma məntəqələrində, həm də poliqonlarda yanma halları baş verir ki, bu da öz növbəsində ətraf mühitin, xüsusən də küləkli günlərdə Bakı şəhərinin atmosfer havasının daha çox çirklənməsi ilə nəticələnir.

Qeyd etməliyəm ki, əvvəlki illərdə olduğu kimi, indi Bakı şəhəri sənaye tullantıları, zavodların tüstüsü ilə əhatə olunmur. Onların həcmi 1990-cı ilə nisbətən 5 dəfə azalmışdır. Bunun da təbii səbəbləri var. Yeni yaradılan müəssisələr müasir standartlara cavab verir. Köhnə müəssisələrin bir çoxu isə fəaliyyət göstərmir. Ancaq avtomobillərin sayı kəskin şəkildə artmışdır və çirklənmədə 30-70 faiz rol oynayır. Amma bu, müəyyən saatlarda hiss edilir. Bakıda külək olmayanda səhər tezdən, yaxud cənub-şərq küləyi olanda müşahidə edilən, boğazı qıcıqlandıran boz rəngli hisin yeganə mənbəyi Balaxanı zibilxanasında mütəmadi baş verən qəsdən yandırılma, yəni yerin boşalması üçün məqsədli yandırılmadır. Yaxud özündən alışma prosesi gedir, çünki emal olunmuş tullantılar həddən artıq sıxlaşdırılmışdır. Bundan da ziyanlı nəticələr əmələ gəlir.

İLHAM ƏLİYEV: Bu barədə də müvafiq göstərişlər verilibdir. İndi İqtisadi İnkişaf Nazirliyi yeni zibil emalı zavodunun tikintisi ilə bağlı müəyyən tədbirlər görür. Biz tezliklə bunu həll etməliyik. Çünki Balaxanı zibilxanası böyük bir ekoloji fəlakətdir.

Mən bir dəfə vertolyotla rayondan qayıdarkən onun üzərindən keçirdim. Çox böyük bir bəladır və onu aradan qaldırmaq, orada vəziyyəti yaxşılaşdırmaq çox çətin olacaqdır. Yeni zibil emalı zavodunun tikintisi, əlbəttə, bu məsələyə kömək göstərəcəkdir. Ancaq buna əgər indi başlasaq, haradasa, iki il vaxt aparacaqdır. Fikirləşin, bu iki il ərzində nə etməliyik ki, orada vəziyyəti bir az sağlamlaşdıraq.

HÜSEYNQULU BAĞIROV: Cənab Prezident, adi tullantılar üçün ayrılmış ərazidə, Sumqayıtın 11 kilometrliyində poliqon tikilir. Burada bütün proseslər ən yüksək standartlara cavab verəcəkdir. Bu da nümunə olmalıdır. Ayrı-ayrı iri müəssisələr özlərinin ərazisində belə poliqonlar tikməlidir ki, zavod tikilənədək tullantıları müvəqqəti orada saxlasınlar.

İLHAM ƏLİYEV: Bir problemi də qeyd etdiniz, buna daha da ciddi fikir vermək lazımdır. Torpaqların çoxu bataqlaşır. Həm aeroport ərazisində, həm sahilboyu ərazilərdə. Mən vertolyotla uçanda görürəm, böyük ərazilər artıq bataqlığa çevrilir. Nə işlər görmək lazımdır?

HÜSEYNQULU BAĞIROV: Cənab Prezident, bunlar əsas iki səbəbdəndir. Birincisi, neft tullantıları daşıyan kollektorlar, o cümlədən Hövsan kollektoru olduqca köhnədir və həddən artıq neft və məişət tullantılarını daşıyır. Xəzər dənizi də çirklənir və ətrafdakı çökək yerlərdə torpaq boşalır.

Fikir vermisinizsə, aeroportun uçuş-enmə zolağının ətrafında olan rəngbərəng gölməçələri də qidalandıran mənbə həmin ərazidə olan neft qurğularından az miqdarda axan, lakin yüksək konsentrasiyalı tullantılarla bərabər, həmin kollektordan olan sızmalardır. İkincisi isə, həmin ətrafda yaradılan, infrastrukturu olmayan iri yaşayış məntəqələrinin tullantılarının axıdılmasıdır. Bunun bir çıxış yolu var ki, 5 min nəfər əhalisi olan məntəqələrdə 100-150 min manata başa gələn kiçik təmizləyici qurğular quraşdırılsın. Bunlar məhəllə-məhəllə də qoyula bilər ki, daxili şəbəkənin çəkilməsinə, ən bəsit üsulla qazma işlərinə pul xərcləmədən torpaq təmizlənsin və yenidən əhalinin istifadəsinə verilsin, bataqlığın qarşısı alınsın.

Cənab Prezident, göllərlə bağlı hazırladığımız layihədə, ümumiyyətlə, onların qurudulması, çökəkliklərin doldurulması və yaşıllıqların salınması nəzərdə tutulmuşdur. Birinci növbədə, işə aeroport ərazisində başlanması təklif olunmuşdur.

Civə üsulu ilə kaustik soda və xlor istehsalı zamanı əmələ gələn təhlükəli tullantıların basdırılması üçün Sumqayıtda müəyyən işlər aparılmışdır. Lakin 40-45 min ton civəli tullantının basdırılmasına baxmayaraq, indinin özündə orada 200-210 min ton ən təhlükəli tullantı hələ də qalmaqdadır. Bu işin görülməsi həmin ərazilərdə ətraf mühitin kəskin şəkildə sağlamlaşmasına səbəb olacaqdır. Suraxanı rayonu ərazisində yod-brom istehsalı zamanı tərkibində radioaktiv maddələr olan tullantılar (45 min ton kömür) yaranmışdır. Bu istehsal sahəsi bazasında Səhmdar Cəmiyyətin yaradılmasına baxmayaraq, hələ də tullantılar bu ərazidə qalmaqdadır. Bundan başqa, neftqazçıxarma və neft emalı müəssisələrində formalaşmış 142 min 300 ton neft tərkibli şlam müəssisələrin ərazilərində saxlanılır. Təhlükəli tullantıların yerləşdirilməsi üçün 4 poliqondan 2-nin vəziyyəti qənaətbəxş deyildir.

Abşeronun daş və qum karxanaları barədə. Ölkədə dövlət balansında qeydiyyata alınmış 22 əhəngdaşı yataqlarının 15-i yarımada ərazisində yerləşir. Qum yataqlarının sayı isə 3 ədəddir. Yataqlar altında qalan torpaq sahəsi 4577 hektar təşkil edir ki, bunun da 4300 hektarı əhəngdaşı yataqları, 277 hektarı isə qum yataqlarıdır. Əhəngdaşı yataqlarının ərazisinin təxminən 1000 hektarı sıradan çıxaraq, yararsız hala düşmüşdür.

Digər hallarda olduğu kimi, yerin təkindən istifadə üçün də torpaq ayrılarkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinin nəzərə alınmaması nəticəsində yerin təkindən qanunsuz istifadəyə şəraitin yaradılması, yataqların istismarı zamanı köhnə texnologiyadan istifadənin böyük itkilərə səbəb olması, əvvəllər istismar olunmuş və istismarı başa çatmış karxanalarda rekultivasiya işlərinin aparılmaması, yerin təkindən istifadə üçün torpaqayırma zamanı sanitar mühafizə zonasına əməl olunmaması, dövlət balansında qeydiyyata alınmış yataqların sanitar mühafizə zonalarında və bu zonalara yaxın ərazilərdə (məsələn Türkan və Zirə ətrafında) yerli icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılması və s. ekoloji problemləri dərinləşdirən amillərdəndir.

Mövcud problemin aradan qaldırılması üçün, ilk növbədə, yerin təkindən istifadə hüququnun verilməsi sahəsində bu gün mövcud olan boşluğun təcili aradan qaldırılması çox vacibdir.

Cənab Prezident, atmosfer havasının çirklənməsi ilə bağlı məlumat verdim. Ümumiyyətlə, 1990-cı ilə nisbətən kəskin surətdə yaxşılaşma gedir. Çünki müəssisələrdə atmosferə atılan karbon qazının həcmi 60 milyon tondan 37 milyon tona enmişdir.

İLHAM ƏLİYEV: Norma nə qədərdir?

HÜSEYNQULU BAĞIROV: İqtisadiyyatın gücü qədər. Biz Kiota Protokoluna 60 milyon tonla daxil olmuşuq. Ona görə bu qədər buraxmağa ixtiyarımız var. Amma hazırda 37-38 milyon ton buraxılır. Burada iki variant var: dünyada qəbul olunmuş karbon alverinə qoşulmaq, yaxud da ehtiyatda saxlamaq ki, bir zaman lazım olacaqdır.

İLHAM ƏLİYEV: Buna ehtiyacımız yoxdur.

HÜSEYNQULU BAĞIROV: Bəli. Bundan başqa, 2 milyon tona yaxın da zəhərli tullantı atılırdı ki, onların da həcmi 800 min tona enmişdir. Bunun tərkibində avtomobillərin tullantıları 170 min tondan 500 min tona çatmışdır.

Problemin aradan qaldırılması üçün istismar edilən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətin gücləndirilməsini, istismarda olmuş nəqliyyat vasitələrinin idxalında məhdudiyyətlərin qoyulmasını, tullantıların idarə olunmasının təşkili və onların zibilxanalarda yandırılmasının qarşısının alınmasını və məşəllərdə yandırılan qazların zərərsizləşdirilməsini təklif edirik.

Çox sağ olun.

X X X

Çıxış üçün səhiyyə naziri Oqtay Şirəliyevə söz verildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib