SİYASƏT
EKSPERTLƏR MDB ÜZVÜ OLAN DÖVLƏTLƏRİN VƏTƏNDAŞLARINA SOSİAL YARDIM GÖSTƏRİLMƏSİ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDƏCƏKLƏR
Minsk, 23 noyabr (AZƏRTAC). Noyabrın 24-25-də MDB-nin İcraiyyə Komitəsində MDB üzvü olan dövlətlərin vətəndaşlarına sosial yardım göstərilməsinə dair əməkdaşlığın normativ-hüquqi bazasının inventarlaşdırılması məsələsi üzrə ekspertlərin işçi qrupunun ikinci iclası keçiriləcəkdir.
MDB İcraiyyə Komitəsinin mətbuat xidməti xəbər verir ki, Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daxil olmiş təkliflər əsasında Çernobıl və digər radiasiya qəzaları, habelə 1994-cü il sentyabrın 9-da nüvə sınaqları nəticəsində radiasiaya məruz qalmış vətəndaşların sosial müdafiəsi və sağlamlığının qorunması haqqında Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol layihəsini işləyib hazırlamışdır.
Həmin sənəd işçi qrupunun iclasında nəzərdən keçiriləcək və tamamlanacaqdır.