EKSPERTLƏRİN GÖRÜŞÜ
MDB ekspertləri sənaye təhlükəsizliyi sahəsində heyətin hazırlanmasına dair sənədlərin tanınması qaydaları haqqında saziş layihəsini müzakirə edəcəklər.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihənin razılaşdırılması üzrə ekspertlər qrupunun iclası iyulun 15-16-da Minskdə keçiriləcəkdir.
Sənaye təhlükəsizliyi sahəsində heyətin hazırlanması, attestasiyası və sertifikatlaşdırılmasına dair sənədlərin tanınması qaydaları haqqında saziş layihəsi Ukrayna Sənaye Təhlükəsizliyi, Əməyin Mühafizəsi və Dağ Nəzarəti Dövlət Komitəsi tərəfindən hazırlanmış və Sənaye Təhlükəsiziyi üzrə Dövlətlərarası Şuranın iclasında bəyənilmişdir. Sənədə görə, heyətin təlim keçməsi və attestasiyasının təşkilində tam sərbəst olan Birlik ölkələri sənaye təhlükəsizliyi sahəsində razılaşdırılmış normalara riayət edəcəklər. Tərəflərin hər biri dövlətlərin müvafiq səlahiyyətli nəzarət orqanlarının verdiyi və sənaye təhlükəsizliyi sahəsində heyətin hazırlanmasını təsdiq edən sənədləri qarşılıqlı surətdə tanımağı öhdələrinə götürürlər. Tərəflər bu cür sənədlərin əsassız və qanunsuz verilməsinə görə məsuliyyəti öz üzərinə götürəcəkdir.
Eksperlər tərəfindən tam razılaşdırıldıqdan sonra layihə müəyyən edilmiş qaydada MDB hökumət başçıları şurasının müzakirəsinə veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]