MƏDƏNİYYƏT
Əl işləri Azərbaycanda çox populyardır
Bakı, 19 dekabr, AZƏRTAC
Fərdiliyə can atmaq hər birimizə xasdır. Özümüzü ifadə etməyin cürbəcür üsulları var. Onlardan biri də tətbiqi sənətdir. Əl işləri yaradıcı imkanlarımızın reallaşması, fərdiliyimizi ifa etmək üsuludur. Azərbaycanda sənətin bu növü ildən-ilə inkişaf edir, getdikcə daha çox insan özünü bu sahədə sınayır.
AZƏRTAC xəbər verir ki, dekabrın 19-20-də “ISR Plaza” otelində Yeni il mövzusunda əl işlərinin sərgisi keçirilir. Burada açıqcalar, müxtəlif aksessuarlar, yumşaq oyuncaqlar, şəkillər, dekorativ sabunlar, şokoladdan hazırlanmış kiçik heykəllər, kuklalar, şamlar, taxta fiqurlar və s. əl işləri nümayiş etdirilir.
Tətbiqi sənət nümunələri sərgiyə gələnlərdə böyük maraq doğurub.