ƏLCƏZAİRDƏ TERRORUN FACİƏLİ NƏTİCƏLƏRİ
RABAT. Son 10 ildə təkcə Əlcəzairin Blida əyalətində terrorçular 3 mindən çox insanı qətlə yetirmişlər. Ekstremistlərin əməlləri nəticəsində milyardlarla dinar məbləğində maddi zərər dəymişdir. Minlərlə ailə terrorizmdən bilavasitə və ya dolayısı ilə zərər çəkmişdir. Bu barədə əyalətin hakimiyyət orqanlarının rəsmi məruzəsində məlumat verilir.
Ekstremistlərin viranedici əməllərinə ən çox əyalətin təhsil müəssisələri məruz qalmışdır. İslamçılar 180-dən artıq məktəbi dağıtmış və ya yandırmışlar. Yerli əhəmiyyətli hidrotexniki qurğuların da aqibəti belə olmuşdur. Ekstremistlərin basqınları nəticəsində 60 dövlət və özəl müəssisəsi bağlanmışdır. Təhlükəsizliyin təmin olunmaması əyalətin kənd əhalisinin xeyli hissəsini şəhərlərə qaçmağa vadar etmişdir.
İTAR-TASS-ın verdiyi xəbərə görə, ölkənin hakimiyyət dairələri ilə Əlcəzairdə islam dövləti yaratmağa çalışan dini ekstremistlər arasında 10 ildən bəri davam edən silahlı qarşıdurmadan təxminən 150 min adam zərər çəkmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [22:00]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]