ELM VƏ TƏHSİL
Elçin Babayev: Məzunlarımız öz universitetlərinin daha da inkişaf etməsi üçün səylərini əsirgəməməlidirlər
Bakı, 25 noyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) Azərbaycanda bir çox ali təhsil ocaqlarının və elmi müəssisələrin, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasında baza rolunu oynayıb. Ölkənin ictimai-siyasi həyatında BDU və onun məzunları hər zaman fəal iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, bu fikri Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Məzun Forumunda BDU-nun rektoru Elçin Babayev deyib. O bildirib ki, ötən 100 il ərzində universitetin 180 minə yaxın məzunu olub.
“İnanıram ki, forum təcrübə mübadiləsinə və yeni əməkdaşlıqların qurulmasına töhfə verəcək. Bizim məzunlarımız öz universitetlərinin daha da inkişaf etməsi üçün səylərini əsirgəməməlidirlər”, - deyə rektor Elçin Babayev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.05.2024 [19:22]
Kürdəmir Peşə Liseyində “Açıq qapı” günü təşkil olunacaq
- 02.05.2024 [19:21]
Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək
- 02.05.2024 [19:05]
Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb
- 02.05.2024 [18:59]