MƏDƏNİYYƏT
Eldar Qasımov Kiyevin Müstəqillik Meydanındakı “Avro-2012”-nin fan zonasında çıxış edəcəkdir
Bakı, 22 iyun (AZƏRTAC). “Eurovision-2011” müsabiqəsinin qalibi Eldar Qasımov Kiyevdə Müstəqillik Meydanında yerləşən “Avro-2012”-nin fan zonasında çıxış edəcəkdir.
AZƏRTAC xəbər verir ki, E.Qasımov Kiyevdə “I’m Free” mahnısının akustik versiyasını ifa edəcəkdir.
İfaçı bu çıxışın onun üçün çox əhəmiyyətli olduğunu bildirərək demişdir ki, əvvəllər futbola baxmırdım. İndi mən ən sevdiyim şəhərlərdən birində, Kiyevdəyəm. Buraya mənə əziz olan insanlarla, futbol azarkeşləri və fanatlarımla görüşməyə gəlmişəm. Ukraynada onların sayı çoxdur və mən onlardan həmişə xoş sözlərlə dolu məktublar alıram. Gəlmişəm ki, böyük futbolun bir hissəsi olum. Ukraynanı sevirəm!
Yeni mahnısı barədə fikirlərini bölüşən Eldar Qasımov bu janrın onun üçün yeni olduğunu vurğulamışdır: “Mənim üçün bu yeni layihədir. Heç vaxt bu üslubda mahnı ifa etməmişəm. İlk növbədə özümü başqa tərəfdən tanımaq istəyirəm”.
Mahnı “Ell” və “AzeriLife Music Entertainment” prodüser mərkəzi tərəfindən yazılmışdır.