DÜNYA
“Electricite de France”: Framatome filialı nüvə reaktorunun hissələrinin istehsalında prosedura düzgün riayət etməyib
Paris, 18 sentyabr, AZƏRTAC
Fransanın “Electricite de France” (EDF) elektrik şirkəti istismarda olan bəzi nüvə mərkəzlərinin reaktorlarının hissələrinin istehsalında problemlər olması ilə bağlı məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, 19 nüvə mərkəzində 58 reaktor istismar edən “EDF” şirkəti Framatome filialının prosedurlara düzgün riayət etmədiyini bildirib. Filialın istehsal etdiyi və artıq istismara verilmiş 16 reaktordan altısında aparılan yoxlamalar göstərib ki, buxar generatorlarında aparılan qaynaq işləri keyfiyyətli deyil.
Buna baxmayaraq, “EDF” həmin generatorların dərhal dayandırılmasına lüzum olmadığını, hələ ki, işə yararlı olduğunu qeyd edib.
Dövlət Nüvə Təhlükəsizliyi Təşkilatı (ASN) qarşıdan gələn həftə ərzində zərurət olduğu halda aidiyyəti reaktorların (Blayais 3 və 4, Bugey 3, Fessenheim 2, Dampierre-en-Burly 4 və Paluel 2 saylı) dayandırılması ilə bağlı qərar verməlidir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]