MƏDƏNİYYƏT
“Ələddin” tamaşası onlayn göstəriləcək
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 28-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “YouTube” kanalında “Ələddin” tamaşasını nümayiş etdirəcək.
AZƏRTAC xəbər verir ki, “Min bir gecə” nağıllarından birinin - “Ələddinin sehrli çırağı” əsasında Əməkdar artist Nicat Kazımovun səhnələşdirdiyi tamaşa daim maraqla izlənilən sənət nümunələrindəndir.
Quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Lətifə Quluzadə olan tamaşa məşhur qəhrəmanlıq nağılını əks etdirir. Ələddin, Şah, Budur, Vəzir, Ana, Cəllad obrazları vasitəsilə təqdim olunan tamaşa balaca izləyicilərə əzmkarlıq, mübarizlik və qəhrəmanlıq hissləri aşılayır.
Qeyd edək ki, tamaşa saat 12:00-da nümayiş olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]