Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“ELEKTROENERGETİKA HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA, “QAZ TƏCHİZATI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA VƏ “SU TƏCHİZATI VƏ TULLANTI SULARI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №6, maddə 363; 2001-ci il, №11, maddə 696; 2009-cu il, №10, maddə 768) 8-ci maddəsinə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilsin:

“Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yaşayış binalarının, o cümlədən mənzillərin elektrik xətlərinə qoşulma qaydası və haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

II. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №9, maddə 563; 2004-cü il, №7, maddə 505; 2007-ci il, №5, maddə 442; 2009-cu il, №10, maddə 768) 13-cü maddəsinə aşağıdakı məzmunda 11-ci hissə əlavə edilsin:

“11. Yaşayış binaları, o cümlədən mənzillər yalnız qaz xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yaşayış binalarının, o cümlədən mənzillərin qaz xətlərinə qoşulma qaydası və haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

III. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 2; 2007-ci, №5, maddə 436; 2008-ci il, №5, maddə 348; 2009-cu il, №10, maddə 768) 23-cü maddəsinə aşağıdakı məzmunda 4-cü bənd əlavə edilsin:

“4. Yaşayış binaları, o cümlədən mənzillər yalnız su təchizatı sisteminə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yaşayış binalarının, o cümlədən mənzillərin su təchizatı sisteminə qoşulma qaydası və haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin