Elektron satınalmaların həcmi 19 faiz artıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Elektron satınalmalar dövlət satınalmalarında səmərəliliyi və şəffaflığı təmin edir, inzibati və əməliyyat xərclərini azaldır. 2023-cü ilin yanvar-iyul aylarında elektron satınalmaların həcmi 621,8 milyon manat olub ki, bu da ümumi satınalmaların 21,1 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron satınalmaların həcmi 18,9 faiz, ümumi satınalmalara nisbətdə xüsusi çəkisi isə 5,7 faiz bəndi artıb. Cari il ərzində "Etender.gov.az" portalı vasitəsilə ümumilikdə 3270 elektron satınalma həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:51]
® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib
- 28.09.2026 [13:12]
® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır
- 28.09.2026 [13:09]