İQTİSADİYYAT
Ələt qəsəbəsi gələcəkdə böyük funksional logistik mərkəzə çevirəcəkdir
Bakı, 14 iyun (AZƏRTAC). Qaradağ rayonunun Ələt qəsəbəsində böyük dəniz limanının inşası qəsəbənin yol-nəqliyyat infrastrukturu və kommunal təsərrüfatının yenidən qurulması istiqamətində yeni layihələrin həyata keçirilməsi ilə nəticələnəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə 2-ci Xəzər Beynəlxalq “Yol və yeraltı infrastruktur-urbanizasiya problemlərinin həlli yolları” mövzusunda konfransda Nəqliyyat Nazirliyinin nümayəndəsi Heydər Turabov məlumat vermişdir. Limanın Ələt qəsəbəsinə köçürülməsinin üstünlüklərinə toxunan H.Turabov qeyd etmişdir ki, həmin ərazinin avtomobil, dəmiryolu və dəniz magistralının kəsişdiyi nöqtədə yerləşməsi Ələt qəsəbəsinin gələcəkdə böyük funksional logistik mərkəzə çevrilməsinə imkan verəcəkdir.
Həmçinin bildirilmişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Böyük Bakının regional inkişaf planı” layihəsini (sxemini) hazırlayır. Nəqliyyat Nazirliyi də layihə ilə bağlı öz təkliflərini vermişdir.