ƏLİ AĞCA YOXA ÇIXMIŞDIR
Azadlığa buraxılmağın şərtlərinə görə, hakimiyyət orqanları 48 yaşlı Ağcanın hərbi xidmətə çağırılıb-çağırılmamalı olduğunu müəyyən edənədək o, haraya gedib-gəldiyini hər gün polisə bildirməlidir.
İstanbulun valisi Müəmmər Gülər demişdir ki, əgər Ağca polis məntəqəsinə gəlməsə, biz onu fərari hesab edəcəyik. Əgər o, bazar ertəsi Qata hospitalına tibb komissiyasına könüllü surətdə gəlməsə, hərbi komissarlıq onun buraya məcburi qaydada gətirilməsi haqqında qərar verəcəkdir.
Agentlik bildirir ki, Əli Ağca həbsxanadan buraxıldığı gündən onun harada olduğu barədə heç bir məlumat yoxdur.
Xatırladaq ki, yanvarın 12-də ədliyyə naziri Cəmil Çiçək Ağcanın azadlığa buraxılması haqqında qərarın qanunauyğunluğunu yoxlamağı əmr etmişdir. Nazirin fikrincə, Ağca səhvən buraxılmışdır və buna görə də həbsxanaya qaytarıla bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [19:31]
Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib
- 12.11.2026 [18:53]
London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır
- 12.11.2026 [18:44]
Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar
- 12.11.2026 [18:33]
Vaşinqtonda silahlı insident baş verib
- 12.11.2026 [18:28]