ƏLİ BAYRAMLIYA GÜCLÜ LEYSAN DÜŞMÜŞDÜR
Şəhər icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Samit Abıyev bildirmişdir ki, şəhər təsərrüfatına ciddi ziyan dəymişdir. Şəhərdə 200-ə yaxın ictimai binanın zirzəmisini, 300-dən artıq fərdi evin həyətini su basmış, elektrik enerjisi kəsilmişdir. Hacıqabul-Əli Bayramlı dəmir yolu xəttinin 100 metrlik hissəsi dağılmışdır. Oktyabrın 11-də saat 15-dək şəhərin 20-25 faizini elektrik enerjisi ilə təmin etmək mümkün olmuşdur.
İcra hakimiyyətinin təşkilatçılığı ilə dərhal operativ qruplar yaradılaraq fəaliyyətə başlamışdır. Ayrı-ayrı qurumların sərəncamında olan 20-dək yanğınsöndürən maşın işə salınmış, təhlükəli yerlərin suyu çəkilmişdir. Bəzi binaların sakinləri müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər.
Baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Prezidentin İcra Aparatının məsul əməkdaşları hadisə yerindədirlər. Onlar görülən işlərə nəzarət edir, qarşıya çıxan problemlərin operativ həllinə çalışırlar.
Şəhərə kömək məqsədi ilə əlavə mobil qüvvələr gətirilir.
Dəymiş ziyanın həcmi öyrənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]