ƏLİLLƏR EVİNDƏ YANĞIN
Fransanın Ron departamentinin Venisyö şəhərinin mərkəzində yerləşən əlillər evində yanğın baş vermişdir. Uçmərtəbəli evin birinci mərtəbəsində baş vermiş yanğın qısa bir vaxtda bütün binanı bürümüşdür. Hadisə yerinə gəlmiş yanğınsöndürənlər tezliklə alovu ram etmişlər. Onlar binada qalmış doqquz əlildən yeddisinin həyatını çox çətinliklə xilas edə bilmişlər. Bir qadın və bir kişini isə xilas etmək mümkün olmamışdır. Hər iki əlil yanıb külə dönmüşdür.
Yanğın zamanı yüngül xəsarət almış əlillərə ilk tibbi yardım göstərilmiş və onlar xəstəxanada yerləşdirilmişlər.
Hadisənin səbəbini araşdıran komissiyanın ilkin fərziyyəsinə görə yanğına səbəb birinci mərtəbədəki elektrik xətlərində baş vermiş qısaqapanma olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]