Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlli yaşlı fakültə

Əlli yaşlı fakültə

Burada Azərbaycanın tanınmış praktik və nəzəriyyəçi memarları dərs deyirlər

Bakı, 26 noyabr, Ramiz Quliyev, AZƏRTAC

Milli memarlığın inkişafına böyük töhfələr verən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) memarlıq fakültəsinin yaranmasının 50 ili tamam olur.

Bununla bağlı fakültənin dekanı, Azərbaycanın Əməkdar memarı Zahidə Məmmədova AZƏRTAC-a müsahibə verib.

- Zahidə xanım, Azərbaycan memarlığı yarandığı gündən böyük inkişaf yolu keçib. Xüsusilə də XX və XXI əsrlərdə Bakıda və regionlarda gözəl memarlıq ansamblları yaradılıb ki, bu işdə memarlıq fakültəsinin məzunlarının da məxsusi xidmətləri var. Hazırda fakültədə nə qədər tələbə təhsil alır?

- İlk növbədə, qeyd etmək istərdim ki, 1968-ci ildən müstəqil olaraq fəaliyyət göstərən memarlıq fakültəsində Azərbaycanın tanınmış praktik və nəzəriyyəçi memarları dərs deyirlər. Fakültədə bakalavr səviyyəsində 900-ə yaxın tələbə, magistraturada isə 70-dək tələbə təhsil alır. Tədris 3 dildə - Azərbaycan, rus və ingilis dillərindədir. Hazırda fakültədə Türkiyə, İran, İraq, Suriya, Rusiya, Türkmənistan, Qazaxıstan, Əfqanıstan və digər ölkələrdən 200-dən çox tələbə təhsil alır. Memarlıq fakültəsində bakalavr pilləsində 3 ixtisas üzrə tələbə hazırlığı aparılır. Bunlar memarlıq, dizayn və keçən ildən tədrisinə başladığımız şəhərsalma ixtisaslarıdır. Bundan əlavə, magistratura səviyyəsində “Bina və qurğular”, “Şəhərsalma”, “Memarlıq abidələrinin bərpası və yenidən qurulması”, “Mühit dizaynı”, “Landşaft memarlığı” və “Dizayn” üzrə elmi ixtisaslaşma həyata keçirilir.

- Avropanın qabaqcıl təhsil müəssisələrində tələbələrin nəzəri bilikləri ilə yanaşı, müəssisələrdə təcrübə keçmələrinə xüsusi önəm verilir. AZMİU-da bu məsələyə diqqət ayrılırmı?

- Universitetin istehsalat təcrübəsi çox genişdir. Belə ki, tələbələr 7 semestr təhsil alır, 8-ci semestr isə 14 həftəlik istehsalat təcrübəsi keçirlər. Onlar aparıcı layihə institutları “Azərdövlətlayihə”, “Azərtikintilayihə”, “Azərmemarlayihə”, “Bakışəhərdövlətlayihə”də, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunda, partnyorlarımız olan “EmbaWOOD” mebel fabrikində, “Aksesuar İnşaat” şirkətində və digər layihə təşkilatlarında təcrübə keçirlər.

- Memarlıq fakültəsinin tələbələri hansı beynəlxalq müsabiqələrdə uğura imza atıblar?

- 1975-ci ildən Memarlıq Təhsilinə Beynəlxalq İctimai Yardım Təşkilatı (MOOCAO) fəaliyyət göstərir. Bu təşkilatın keçirdiyi müsabiqə çox nüfuzlu hesab edilir. 2014-cü ildə növbəti 23-cü müsabiqə AZMİU-nun bazasında təşkil olunub, 300-ə yaxın iştirakçının qatıldığı müsabiqədə 600-dən artıq buraxılış, magistr işləri sərgilənib. Müsabiqəyə 6 ölkədən 53 memarlıq məktəbi qatılmışdı. Həmin ölkələrdən gələn müsabiqə iştirakçılarını Azərbaycan memarlığı və Bakı şəhərinin gözəlliyi valeh eləmişdi.

Müsabiqədən artıq 4 il keçməsinə baxmayaraq, iştirakçılar və qonaqlar bu müsabiqənin digərlərindən daha yaxşı təşkil olunduğunu qeyd edirlər. Bu il də biz MOOCAO-nun xətti ilə Rusiya Federasiyasının Volqoqrad şəhərində təşkil edilmiş XXVII müsabiqəyə 24 buraxılış və magistr işi apardıq. Həmin işlərdən 9-u 1-cı dərəcəli, 15-i isə 2-ci dərəcəli diplomlara layiq görülüb. Digər beynəlxalq müsabiqədə də uğur qazanmışıq. Fakültənin 2018-ci il məzunlarının 5 buraxılış və magistr işi Poltava Milli Texniki Universitetinin keçirdiyi müsabiqədə 1-ci dərəcəli diplomlara layiq görülüb.

Bundan başqa, Qazaxıstanda təşkil edilən Avrasiya müsabiqəsində də iştirak edirik. Bu müsabiqələr müxtəlif ölkələrdə, məsələn, Şimali Kipr, Türkiyə, Rusiya, Moldovada keçirilib. Tələbələrimiz bu müsabiqələrdə abidələrin bərpası, şəhərsalma, memarlıq və dizayn mövzularında yüksək nəticələr göstərirlər.

Memarlıq fakültəsinin tələbələri respublika müsabiqələrində də uğurla iştirak edirlər. “Məhv olmuş, dağılmış abidələr və Şirvanşahlar taxtı” müsabiqəsinə respublikanın universitetləri ilə yanaşı, fakültəmizin tələbələri də qoşulublar. Bu ilin mart ayında elan olunmuş müsabiqəyə oktyabr ayında yekun vurulub. Memarlıq fakültəsinin 4-cü kurs tələbələri Fazil Hümbətov və Züleyxa Məmmədova müsabiqənin qalibləri elan edilib, onların layihə işi Heydər Əliyev Mərkəzində sərgilənib.

Onu da qeyd edim ki, universitetin yeni korpusu istifadəyə verilib. Yeni geniş, rahat, işıqlı layihə studiyaları tələbələrin ixtiyarındadır. Biz oktyabrda həmin binada tədrisə başlamışıq. Bütün texniki avadanlığı və kompüterləri fakültəmizə Türk İşbirliyi və Koordinasiya Agentliyi hədiyyə edib.

Layihə dərslərində kompüter texnolgiyalarına üstünlük veririk, həmçinin Avropa ölkələrindəki məktəblərdən fərqli olaraq əl işlərini və rəsm dərslərini saxlamışıq. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, memarlıq, dizayn, şəhərsalma ixtisaslarına tələbə qəbulu zamanı rəsm və rəsmxətdən qabiliyyət imtahanlarının keçirilməsi mütləqdir.

- Memarlıq fakültəsinin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində hansı işlər görülür?

- 2007-ci ildə UNESCO-nun Ümumdünya mədəni və tarixi irsin qorunması haqqında Konvensiyası əsasında İtaliyanın Florensiya Universitetinin Memarlıq Məktəbi və AzMİU tərəfindən “Mədəni irs və yerli inkişaf” mövzusunda birgə elmi layihə yerinə yetirilib. Layihə çərçivəsində 2008-ci ildə İtaliyadan 13 nəfərlik müəllim-tələbə heyəti Bakıya ezam olunub.

Hər iki ali məktəbin tələbə və müəllim heyətindən ibarət işçi qruplar yaradılıb və bir həftə ərzində İçərişəhərin tarixi küçəsinin memarlıq abidələrinin nümunəsində fotoqrammetrik ölçmələr aparılıb. Bu müştərək layihə nəticəsində memarlıq fakültəsində abidələrin bərpası istiqamətində layihə və buraxılış işlərinin keyfiyyəti artıb, tələbələrdə mədəni irsin mühafizəsinə olan maraq yüksəlib. Universitetimizin memarlıq fakültəsinin və Florensiya Memarlıq Məktəbinin müəllim və tələbələri həm Bakıda, həm də Florensiyada seminarlar keçiriblər. Universitetimizin qərargahı Florensiyada yerləşən Romualdo del Bianko Mədəniyyət Fondu ilə əməkdaşlığı 2003-cü ildən başlayıb. 2006-cı ildən etibarən Fond ilə birlikdə beynəlxalq konfranslar təşkil edilir. AzMİU-nun təşəbbüsü ilə Bakıda universitetimizin bazasında 2 dəfə memarlıq ixtisası üzrə buraxılış işlərinin “Degree and profession” (“Dərəcə və ixtisas”) adlı regional beynəlxalq festivalı keçirilib. Həmin festivallarda Qazaxıstan, Gürcüstan, Rusiya və başqa ölkələrin memarlıq məktəbləri də iştirak edib. Memarlıq fakültəsinin 5 tələbəsi “University Delegate” proqramı üzrə 2011-2013-cü illərdə Romualdo del Bianko Mədəniyyət Fondunda 1 aylıq staj keçib. Fondun keçirdiyi müxtəlif tədbirlərdə tələbələrimiz uğurla öz bilik və bacarıqlarını nümayiş etdirib, beynəlxalq diplom və sertifikatlara layiq görülüblər.

2011-ci ilin dekabrında AzMİU ilə Fond arasında “Life beyond tourism - Turizmdən kənar həyat”ın təşviqinə həsr olunmuş anlaşma memorandumu imzalanıb. Beş il ərzində ölkələrarası elmin və təhsilin inkişafında göstərdiyi xidmətlərə görə Fondun prezidenti Paolo del Bianko universitetimizin fəxri doktoru diplomu ilə təltif olunub.

Milli memarlıq nümunələrinin qarşılıqlı tanıdılması işində üzvü olduğumuz Romualdo del Bianko Mədəniyyət Fondunun əvəzsiz xidmətləri olub. Fond tərəfindən Florensiyada keçirilən festival və seminarlarda tələbələrimiz İtaliyanın müxtəlif şəhərlərinin memarlıq abidələri ilə tanış olaraq konkret mövzularda tapşırıqlar yerinə yetirib, Bakıda təşkil olunan regional festivallarda Azərbaycan memarlığını iştirakçılara tanıdıblar. 2008-ci ildə Florensiyada bu fondun dəstəyi ilə “Azərbaycanın memarlıq irsi” sərgisi keçirilib, birgə təşkil olunmuş elmi konfransda ölkəmizin memarlıq irsi ilə bağlı bir çox məruzələr təqdim olunub. Xüsusilə “Yeni sosial-siyasi vəziyyətdə tarixi memarlıq irsi”, “Memarlıq abidələrinin müasir şəraitdə qorunma problemləri”, “Memarlıq irsinin qorunması və uyğunlaşdırılması” kimi beynəlxalq elmi konfranslar önəmli olub.

Sonuncu dəfə 2016-cı ilin dekabrında AzMİU və Romualdo del Bianko Mədəniyyət Fondunun həmtəşkilatçılığı ilə Florensiyada Azərbaycanın müasir memarlığına həsr olunmuş sərgi təşkil olunub, ölkəmizin müasir memarlıq abidələri sərgi iştirakçılarına təqdim edilib və gələcəkdə sərgilənməsi məqsədilə Azərbaycanın İtaliyadakı səfirliyinə hədiyyə olunub.

Bundan başqa, son illər İtaliya səfirliyinin təşəbbüsü ilə AzMİU-nun müəllim və tələbələrinin italyan memar və dizaynerlərlə görüşləri keçirilir. Milan Politexnik Universiteti ilə əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Memarlıq fakültəsinin Milan Politexnik Universitetinin professor heyəti ilə əlaqələri çoxdan yaranıb. Hələ neçə il bundan əvvəl Bakıda Tarix Muzeyinin bərpa layihəsində iştirak etmiş həmin universitetin professorları Françesko Matsola və Luidji Ckrinsi fakültə tələbələrinə dəfələrlə ustad dərsləri keçib, onları Bakıda reallaşdırdıqları bərpa işləri ilə tanış ediblər. Qeyd etmək lazımdır ki, Luidji Ckrinsi Qobustandakı tarixi daş abidənin konservasiya müəllifidir. Təhsil sahəsində əməkdaşlıq 2013-2018-ci illərdə Avropa İttifaqının beynəlxalq tələbə mübadilə proqramı “Erasmus” çərçivəsində AzMİU-nun memarlıq fakültəsinin bakalavr və magistr səviyyələrinin tələbələrinin Milan Politexnik Universitetində 1 və ya 2 semestr təhsil almaqları ilə başlayıb. Milan Texniki Universitetinin 1 tələbəsi isə AzMİU-da təhsil mübadiləsinə cəlb olunub. 2016-2017-ci tədris ilində “Erasmus” mübadiləsi üzrə memarlıq fakültəsinin 2 doktorantı Milan Politexnik Universitetində staj keçib. “Erasmus” proqramı və universitetlərarası ikitərəfli əməkdaşlıq çərçivəsində Milan Politexnik Universitetinin 4 müəllimi AzMİU-da tədris prosesinə cəlb olunub. Bu mübadilələrdə cəmi 12 tələbə və doktorant iştirak edir. 2017-ci ilin aprelində “Erasmus” layihəsi çərçivəsində universitetə ezam olunmuş Milan Politexnik Universitetinin professoru Nora Lombardini AzMİU-da beynəlxalq abidələr gününə həsr edilmiş “Memarlıq irsinin mühafizəsi” adlı elmi konfransda tələbələr qarşısında mühazirələrlə çıxış edib.

Hazırda Milan Politexnik Universitetinin professor-müəllim heyətinin peşəkarlığından istifadə edərək universitetdə və bütövlükdə Azərbaycanda dizayn ixtisasını modernləşdirmək, onu İtaliya dizayn təhsili formatında yenidən qurmaq, onların təhsil metodikasından yararlanaraq tədris proqramlarımızı beynəlxalq standartlar səviyyəsinə adaptasiya etmək rektorumuz Gülçöhrə Məmmədovanın təşəbbüsüdür. Digər hədəfimiz Milan Politexnik Universitetilə ikili diplom proqramını reallaşdırmaqdır. İtaliyanın dizayn sektorunda tanınan professorları AzMİU-da dizayn təhsilinin inkişafı üçün əllərindən gələn köməyi etməyə hazırdırlar.

Hazırda fakültədə bakalavr səviyyəsində “İnteryer dizaynı” və “Qrafik dizayn”, magistr səviyyəsində isə “Dizayn” və yeni ixtisas olan “Vizual dizayn və media” üzrə mütəxəssis hazırlığı aparılır. AzMİU-nun məqsədi Milan Politexnik Universitetinin təcrübəsinə əsaslanaraq Azərbaycanda dizayn təhsilini nümunəvi səviyyəyə yüksəltmək və dizaynın bütün sahələri mütəxəssis yetişdirməkdir. Əməkdaşlığı həyata keçirmək üçün AzMİU-nun “Dizayn” kafedrasının yetərincə elmi potensialı və pedaqoji təcrübəsi vardır. AzMİU-nun bazasında ölkəmizdə müasir laboratoriya şəbəkəsinə, istehsalatla geniş əlaqələrə malik Azərbaycan-İtaliya Dizayn Mərkəzi yaratmaq və bu mərkəzin imkanlarından istifadə edərək dizayn üzrə mütəxəssis hazırlığını müasir tələblər səviyyəsinə yüksəltməkdir.

- Rəhbərlik etdiyiniz fakültədə təhsilin Avropa təhsil sisteminə inteqrasiyası ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

-Fakültəmizi beynəlxalq arenada tanıtmaq bizim üçün çox önəmlidir. Ona görə də 2015-ci ildən bəri memarlıq ixtisasının bakalavr pilləsində beynəlxalq akkreditasiyanı keçirməyi və son akkreditasiyanı mərkəzi ofisi Londonda yerləşən RİBA-dan (Royal İnstitut British Architect) almaq ərəfəsindəyik. Burada dünyanın bir çox ölkələrindən tələbələr memarlıq təhsili alır. RİBA Avropa memarlıq məktəblərinə akkreditasiya verən mötəbər bir qurumdur. RİBA-dan bir sıra şərtlər daxilində akkreditasiyadan keçmək mümkündür. Ən əsası isə layihə, kurs və buraxılış işlərinə olan tələblərdir. Yeri gəlmişkən, RİBA ötən ilin dekabrında öz sərgisini universitetimizdə təşkil edib.

Təhsilimizi Avropa təhsil sisteminə inteqrasiya etməyə çalışırıq. Universitetimiz partnyor olaraq Türkiyənin Orta Doğu Universitetini götürüb. Həmin universitetdə olarkən oradakı təhsillə yaxından tanış olduq. Bu ildən təhsil proqramımızı bu universitetin təhsil proqramına uyğunlaşdırdıq və pilot təhsil proqramı tərtib etdik, buraxılış və kurs işlərinə verilən tələbləri daha da sərtləşdirdik, onların tərkibinin daha da dolğun olmasını qarşıya məqsəd qoyduq. Kurs və buraxılış işləri bir çox məqamları özündə birləşdirməlidir. Yəni tapşırıq yalnız memarlıq həllinin icrasından ibarət olmamalı, həmin ərazinin iqlimi, ekoloji problemləri, geologiyası, mühiti, landşaft, relyef, şəhərsalma məsələləri araşdırılmalı və kompleks layihə təqdim edilməlidır.

Memarlıq fakültəsi təhsil sahəsində mübadilə layihələrində də çox fəaldır. Məsələn, “Erasmus+” tələbə-müəllim mübadilə proqramı üzrə İtaliya və Litvanın universitetlərində bakalavr, magistr və doktorantlarımız uğurla iştirak edirlər. “Mövlana” tələbə mübadilə proqramı çərçivəsində tələbələrimiz Türkiyənin aparıcı universitetlərində təhsil alırlar. Mübadilə proqramları çərçivəsində Türkiyə, Almaniya, İspaniya kimi xarici ölkələrdən də AZMİU-da təhsil almağa gələnlər var. Beynəlxalq “Rethink” layihəsi çərçivəsində Lissabon universiteti ilə magistratura səviyyəsi ilə yanaşı, memarlıq, şəhərsalma və dizayn ixtisasları üzrə doktorantlar üçün ikili diplom müqaviləsi imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – Dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib