Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək

Bakı, 21 mart, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Cənub-Cənub əməkdaşlığı üzrə BMT-nin ikinci yüksək səviyyəli konfransının plenar iclasında çıxış edib.

XİN-dən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçılarına və konfransın təşkilatçılarına minnətdarlığını bildirən Elmar Məmmədyarov Cənub-Cənub əməkdaşlığının irəli aparılmasında önəmli rol oynayan bir sıra məqamlara toxunub. Bildirib ki, Cənub-Cənub əməkdaşlığı sürətli inkişafla öz aktuallığını sübut etmiş Cənub-Cənub həmrəyliyinin təzahürüdür. Bu, inkişaf etməkdə olan ölkələrin üzləşdiyi çağırışların həllində və onların inkişafına vacib töhfə verən mühüm əhəmiyyət kəsb edən vacib bir proses olaraq artan və dinamik fenomendir. Qloballaşma və iqtisadiyyatlar arasında qarşılıqlı asılılığın dərinləşməsi prosesləri fonunda Cənub-Cənub əməkdaşlığının möhkəmləndirilməsi həm inkişaf strategiyası kimi, həm də BMT-nin əsas məqsədi olan inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə tam iştirakını təmin etmək vasitəsi kimi vacib şərtə çevrilib.

“Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə qoşulmaqla, Azərbaycan hazırda qlobal Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) milli siyasət və proqramlara çevirməklə, milli inkişaf strategiyasını DİM-lərə uyğunlaşdırmaq üçün səylərini artırır. İnklüziv və dayanıqlı inkişaf əldə etmək, neftdən asılı iqtisadiyyatdan daha şaxələnmiş iqtisadiyyata keçid etmək, insan inkişafına davamlı sərmayələr yatırmaq və Azərbaycanın ixrac potensialını tam şəkildə açmaq üçün regional və qlobal bazarlarla daha sıx əlaqələr qurmaq hökumətin əsas prioritet istiqamətləri sırasındadır”,- deyə nazir vurğulayıb.

DİM-lərin və onların regional əlaqələndirilməsinin effektiv həyata keçirilməsini təmin etmək üçün Azərbaycan BMT-nin ölkə ofisi ilə əməkdaşlıq çərçivəsində, milli dayanıqlı inkişaf gündəliyinin implementasiya vasitələrini müzakirə etmək, müvafiq bilik və təcrübə mübadiləsi aparmaq, DİM-lər ilə əlaqədar ən yaxşı beynəlxalq təcrübələri öyrənmək məqsədilə keçən il davamlı inkişaf üzrə Bakı Forumunu təşkil etmişdir. DİM-lərin milli səviyyədə icrasının əlaqələndirilməsi üzrə məsul olan rəsmilərin, habelə BMT nümayəndələri və beynəlxalq və yerli mütəxəssislərin iştirak etdiyi konfransda, DİM-lərin milli səviyyədə inteqrasiyası və onların icrasının sürətləndirilməsinə dair “Bakı prinsipləri” qəbul edilibdir ki, bu da bilik mübadiləsi üçün yaxşı bir əsas rolunu oynaya bilər.

BMT-nin ölkə ofisi və BMT-nin Cənub-Cənub Əməkdaşlığı ofisi tərəfindən 2016-cı ildə keçirilən “Azərbaycanda Cənub-Cənub və Üçtərəfli Əməkdaşlığın inkişaf etdirilməsi üçün istiqamətlər və imkanlar“ üzrə milli qiymətləndirmə göstərir ki, Azərbaycan müxtəlif inkişaf sahələrində, məsələn effektiv ictimai xidmət, təhsil, əmək və sosial müdafiə, gənclərin səlahiyyətlərinin artırılması, minatəmizləmə fəaliyyəti və digər sahələrdə öz ekspertizasını bölüşmək üzrə müqayisəli üstünlüyə malikdir.

Elmar Məmmədyarov qeyd edib ki, son 15 il ərzində Azərbaycan ehtiyatlı iqtisadi siyasət apararaq sürətli sosial-iqtisadi uğur qazanıb və bu da ölkəni yardım qəbul edən ölkədən donor ölkəyə çevirib. Belə sosial-iqtisadi artım, xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan humanitar yardım və inkişafa dəstək üçün Azərbaycana müraciətlərin artmasına gətirib çıxarıb. Məhz belə müraciətləri vaxtında və yaxşı koordinasiya olunmuş şəkildə cavablandırmaq məqsədilə, 2011-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində milli donor təşkilatı - Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) yaradılıb.

AİDA qurulduğu gündən etibarən, inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun aradan qaldırılması və dayanıqlı inkişafın təmin edilməsi üçün, insan və institusional qabiliyyətin artırılması, yaxşı təcrübələri həmin ölkələrin milli və strateji planlarına uyğun bir şəkildə bölüşülməsi vasitəsilə bir çox mexanizmlərdən istifadə edir. Ötən illər ərzində, 90-dan artıq ölkə, xüsusən də Afrika, Asiya və Latın Amerikası ölkələri AİDA tərəfindən ikitərəfli və çoxtərəfli şəkildə həyata keçirilən texniki dəstək və humanitar yardım proqramlarından faydalanıb: “Biz təxminən 2 milyona yaxın insana kömək etmişik və benefisiar ölkələrin sayı və təmin edilmiş yardımların həcmi daim artır”.

Azərbaycan kimi yeni donor ölkələrin vacib əhəmiyyəti həm də ondan ibarətdir ki, ən az inkişaf etmiş ölkələr (LDCs), dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr (LLDCs) və inkişaf etməkdə olan kiçik ada ölkələri (SIDS) kimi həssas iqtisadiyyatların davamlı inkişafı üçün son dərəcə vacib olan Rəsmi İnkişafa Yardımın (ODA) azalma tendensiyasının bərpası məqsədilə yeni həyati mənbələr təqdim edir. Onlar həmçinin digər inkişaf etməkdə olan ölkələrin də onların sıralarına qoşulması və donor ölkələrinə çevrilməsini təşviq edən nümunə qismində çıxış edirlər.

Azərbaycan donor ölkəsinin maraqlı nümunəsi qismində çıxış edir. “Biz, ərazilərimizin 20 faizinin 20 ildən artıq Ermənistanın hərbi işğalı altında olduğu və bunun nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bir şəraitdə beynəlxalq yardım göstəririk. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının bərpa edilməsi, şaxələndirilməsi və müasirləşdirilməsinə nail olmuş, beləliklə yoxsulluq səviyyəsini 49 faizdən 5 faizə endirmişdir. Ən vacibi isə, həm qaçqınların, həm də məcburi köçkünlərin cəmiyyətə səmərəli şəkildə inteqrasiyasını həyata keçirməklə, Azərbaycan, Cənub-Cənub əməkdaşlığının mümkün sahələri kimi xidmət edə biləcək insan kapitalını gücləndirməklə, onlara kifayət qədər sığınacaq, sağlamlıq və təhsil xidmətləri, məşğulluqla təmin etməklə geniş təcrübə toplamışdır.

Xarici işlər naziri deyib ki, donor ölkəsi olmaqla yanaşı, Azərbaycan regionda aparıcı iqtisadiyyata malik olan və həmçinin genişmiqyaslı regional layihələrin təşəbbüskarı olan bir ölkədir və Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək”, -deyə Elmar Məmmədyarov vurğulayıb.

Nazir, Azərbaycanın Cənub-Cənub istiqamətində əməkdaşlığın və iqtisadi inteqrasiyanın təşviq edilməsi və canlandırılması istiqamətində konkret və praktiki addımların atılmasına əhəmiyyət verdiyini söyləyib: “Biz inanırıq ki, Qoşulmama Hərəkatı bu cür əməkdaşlığın yollarını və mexanizmlərini müzakirə etmək və müəyyən etmək üçün ən münasib məkanlardan biridir. 2019-cu ilin oktyabr ayından etibarən başlayan Hərəkatın sədrliyi dövründə Azərbaycan bu istiqamətdə yeni imkanların müəyyən edilməsi üçün davamlı səylər göstərəcəkdir”.

Azərbaycan hesab edir ki, bu cür imkanlardan biri inkişaf etməkdə olan ölkələrin gəncləri üçün həyatı boyu təhsil imkanlarının təşviqi və onların inklüziv və bərabərhüquqlu keyfiyyətli təhsil ilə təmin edilməsidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə, ötən il ölkəmiz 2018-2022-ci illər üçün tam təqaüd proqramlarını qəbul edərək, illik əsasda Azərbaycanın ali müəssisələrində Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrindən 40 tələbəyə ali təhsil almaq imkanı yaradıb. Beşillik proqramın insan kapitalının gücləndirilməsinə və İKT və Qoşulmama Hərəkatının ölkələrində dayanıqlı inkişaf məqsədlərinin yerinə yetirilməsinə töhfə verəcəyi gözlənilir.

Xarici işlər naziri qeyd edib ki, Azərbaycan 2030 Gündəliyinin həyata keçirilməsi və ictimai xidmətlərin səmərəli təşviqində yeni texnologiyaların istifadəsinə yüksək əhəmiyyət verir. 2018-ci ildə BMT İnsan hüquqları Şurası Azərbaycanın təşəbbüsü ilə “Şəffaf, hesabatlı və səmərəli ictimai xidmətlərin çatdırılması vasitəsilə İnsan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnaməni yekdilliklə qəbul edib. Bu qətnamə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün insan hüquqları standartlarını qarşılamaq üçün əsas sahələrindən biri kimi ictimai xidmətlərinin mühüm əhəmiyyətini işıqlandırıb. Bu, həmçinin uğurlu ictimai xidmətlərin göstərilməsinə görə 2015-ci ildə BMT-nin mükafatı ilə təltif edilmiş Azərbaycanın xidmət göstərmə brendi olan “ASAN xidmət” konsepsiyasını təşviq edir və bu xüsusda, Cənub-Cənub əməkdaşlığının ölkələri arasında sahələrdən biri kimi istifadə edilə bilər.

Nazir yekunda xatırladıb ki, inkişaf etməkdə olan ölkələr və BMT sistemi tərəfindən dəstəklənən Cənub ölkələri arasında güclü tərəfdaşlıq, inkişaf etməkdə olan ölkələrin iqtisadi potensialını açmağa yardımçı olacaq və bütün beynəlxalq ictimaiyyət bundan faydalanacaq. Bu konfrans, əlbəttə, Cənub-Cənub əməkdaşlığının daha da gücləndirilməsinə töhfə verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

ANAMA sədrinin müavini Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO