Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Elnur Allahverdiyev: Xarici bazarlardan asılılığı azaltmaq üçün iqtisadiyyatın müxtəlif sferalarının inkişaf etdirilməsi tədqirəlayiqdir

Elnur Allahverdiyev: Xarici bazarlardan asılılığı azaltmaq üçün iqtisadiyyatın müxtəlif sferalarının inkişaf etdirilməsi tədqirəlayiqdir

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan güclü dövlət olduğunu 2020-ci ildə torpaqlarının azadlığı uğrunda apardığı haqq mübarizəsində bir daha göstərdi. Ölkəmiz Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işlərinə başladı. Qısa müddət ərzində həmin ərazilərdə mühüm layihələr reallaşdırıldı və bu istiqamətdə nəhəng işlər davam etdirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev bildirib.

Deputat vurğulayıb ki, Azərbaycanın qazandığı uğurların arxasında Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət və uğurlu kadr islahatları dayanır: “Müasir dünyagörüşə və yeni təfəkkürə malik peşəkar kadrların mühüm vəzifələrə təyin olunmasının özünü doğrultduğunu biz bu gün əyani şəkildə görürük. Dünyada baş verən qlobal dəyişikliklərə çevik reaksiya verilməsi, qabaqlayıcı tədbirlər görmək bacarığı müasir şəraitdə mühüm keyfiyyətlərdir.

Statistikaya nəzər salanda görürük ki, 2021-ci ilin dövlət büdcəsinin xərcləri 27,4 milyard manat məbləğində icra edilib ki, bu da 2020-ci illə müqayisədə 3,8 faiz, yaxud 1 milyard manat çoxdur. Bundan başqa, milli təhlükəsizlik və müdafiə tədbirlərinin icrasına ayrılan vəsait əvvəlki illə müqayisədə 21 faiz, yaxud 786,5 milyon manat çox olub. Hazırkı şəraitdə bu, olduqca vacibdir. Strateji valyuta ehtiyatlarımız 2021-ci il ərzində 2,4 milyard dollar (4,8 faiz) artaraq 53 milyard dollar təşkil edib. Xarici dövlət borcumuz 2021-ci ilin əvvəli ilə müqayisədə 8,7 faiz, yəni 707 milyon dollar azalıb və hazırda 7,4 milyard dollar təşkil edir”.

E.Allahverdiyevin sözlərinə görə, hazırda milli iqtisadiyyatımızda başlıca inqilabi təzahür ölkəmiz üçün ənənəvi olan büdcənin enerji daşıyıcılarının ixracından asılılığının azaldılması istiqamətində atılan addımlardır. Sağlam rəqabət, şəffaf biznes mühiti və vergi sisteminin bərqərar olması istiqamətində 2021-ci ildə də köklü tədbirlər görülüb və təsirli islahatlar paketi reallaşdırılıb. İqtisadiyyat Nazirliyi iqtisadiyyatın diversifikasiyası istiqamətində ciddi uğurlar əldə edir. Bu tədbirlərin ürəkaçan nəticələri özünü statistik göstəricilərdə əks etdirir.

“Pandemiya bizə dünyadakı ab-havanın, belə demək mümkündürsə, çətin proqnozlaşdırıldığını göstərir. Bölgəmizə yaxın regionda irimiqyaslı hərbi əməliyyatların getməsi isə bir daha nümayiş etdirdi ki, xarici bazarlardan asılılıq maliyyə əməliyyatlarından tutmuş logistik problemlərədək ciddi maneələrlə müşahidə olunur və biz istənilən tələbatımızı ödəməkdə ilk növbədə özümüzə güvənməliyik. Bu baxımdan xarici bazarlardan asılılığı azaltmaq üçün iqtisadiyyatın müxtəlif sferalarının inkişaf etdirilməsi, habelə qeyri-xammal ixracatının payının artırılması üçün görülən işlər tədqirəlayiqdir. Hazırda əsas ixracat məhsulumuz olan neft və qazın qiyməti olduqca əlverişlidir. Ancaq biz sabahı da düşünməliyik”, - deyə deputat vurğulayıb.

Azərbaycanın sosial dövlət olduğunu qeyd edən E.Allahverdiyev bildirib ki, vətəndaş, onun rifah halı dövləti hər zaman narahat edən başlıca problemdir. Maddi imkanların artımı ilə sosial təminat, rifah və məşğulluq problemlərinə də diqqət artır, mövcud problemlər həllini tapır, yaxud ən azı çətinliklər azalır. Sosial sahə istənilən halda vətəndaş narazılığının olacağı sahədir. Bununla belə, son bir neçə ildə, xüsusilə də, 2021-ci ildə bu istiqamətdə əhəmiyyətli işlər görülüb. Bu tədbirləri reallığa çevirmək tək dövlətimizin imkanlarının artması deyil, həm də son illərin əsas trendi olan hərtərəfli islahatlar nəticəsində formalaşmış şəffaflıq, habelə sağlam və qərəzsiz nəzarət mühitinin formalaşmasının nəticəsidir: “Əməkhaqqı və pensiyaların miqdarındakı artım, şəhid ailələri və qazilərin evlə, avtomobillə təmin olunması, qazilərimizin müalicəsi dövlətimizin diqqət mərkəzindədir və həssas qrupdan olan insanların problemləri ən yüksək səviyyədə həll olunur. Düşünürəm ki, sürəti və miqyası baxımından müharibədən təzə çıxan bir ölkə üçün təqdirəlayiq və dünyada analoqu olmayan haldır”.

Ölkə iqtisadiyyatına töhfə verən sahələrdən birinin də turizm olduğunu vurğulayan deputat pandemiyadan əvvəl ölkəmizə gələn turistlərin sayında ciddi göstəricilər qeydə alındığını diqqətə çatdırıb: “Proqnozlar onu deməyə imkan verir ki, cari ildən etibarən ölkəyə gələcək turistlərin sayında çox böyük artım gözlənilir. Ölkəyə turistlərin cəlb olunması, ölkəmizin turizm cəlbedicliyinin xaricdə təbliği, bazanın yenilənməsi istiqamətində mühüm işlər görülür”.

E.Allahverdiyev bildirib ki, ölkəmiz qədim memarlıq nümunələri, maddi mədəniyyət abidələri, tarixi tikililərlə zəngindir. Bu tikililərin əcnəbilərə nümayiş etdirilməsi üçün ciddi təmir-bərpa işlərinə ehtiyac duyulur: “Vətənimizin ucqar bölgələrində tarixi abidələrimiz var ki, yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalıb. Biz son 30 illik tariximizdə tarixi abidələrin əhəmiyyətini bir növ yenidən dərk etməyə başlamışıq. Razılaşmalıyıq ki, bir çox hallarda Qarabağda, Şərqi Zəngəzurdakı qədim tarixi abidələrimizin düşmən tərəfindən özününküləşdirilməsinin bir səbəbi də məhz etinasızlığımız olub. Düşünürəm ki, hər kəs bu işdə öz töhfəsini verməyə borcludur. Dövlətimizin üzərində böyük yükü nəzərə alsaq, işğaldan azad olunmuş ərazilərimizdə tarixi və mədəni abidələrimizin bərpası işinə özəl sektorun könüllü şəkildə cəlb olunması turizm potensialımıza töhfə vermiş olardı”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib