ELTON CON UKRAYNADA QİCS-LƏ MÜBARİZƏ APARACAQDIR
AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, dünya şöhrətli musiqiçi Elton Con iyunun 16-da Kiyevdə xeyriyyə konserti ilə çıxış edəcəkdir. Konsert Milli televiziya ilə bütün Ukraynaya yayımlanacaqdır. Bu aksiya ilə Yelena Françuk (Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın qızı) “QİÇS-lə mübarizə” Fondu beynəlxalq ekspertlərinin Ukraynada epidemiyanın inkişafı barəsində mənfi proqnozlarına cavab olaraq, yeni “Son hədd” proqramına başlayacaqdır.
Yelena Françuk mətbuat konfransında bildirmişdir ki, beş ilə nəzərdə tutulan proqramın həyata keçirilməsi üçün 2,5 milyon dollarlıq qrant ayrılacaqdır. Layihənin əsas məqsədi ən müdafiəsiz İÇV-pozitiv uşaqlara və QİÇS epidemiyası nəticəsində valideynlərini itirən uşaqlara kömək etməkdir. Layihənin əsas hissəsi İÇV-pozitiv uşaqları övladlığa və ya tərbiyə etməyə götürməyə hazır olan adamlara dəstək vermək olacaqdır.
Dünya Bankının səhiyyə proqramıları üzrə məsləhətçisi İqor Oliynıkın sözlərinə görə, hazırda Ukrayna QİÇS-in yayılması sürətinə görə Avropada birinci yeri tutur. Ekspertlərin fikrincə, yaşlı əhalinin, demək olar, 1,5 faizi xəstəliyə yoluxmuş və Avropada İCV-pozitiv hamilə qadınların faizi ən yüksəkdir. Bədbin ssenariyə görə (məhz buna əsasən Ukraynada epidemiya vüsət alır), 2014-cü ildə 800 min nəfər, yəni ölkənin hər 50-ci vətəndaşı İCV-yə yoluxacaqdır.