İQTİSADİYYAT
Əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbul-Bakı-İstanbul aviareysi təxirə salınıb
Bakı, 27 yanvar, Elvin Camalov, AZƏRTAC
Yanvarın 28-də İstanbulda gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” (THY) İstanbul-Bakı-İstanbul aviareysini təxirə salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Məlumata görə yanvarın 28-də İstanbul Atatürk Aeroportundan həyata keçirilən İstanbul-Bakı-İstanbul aviareysi əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Qeyd edək ki, hava ilə əlaqədar THY yanvarın 28-də ümumilikdə 38 aviareysi müvəqqəti dayandırıb.