İQTİSADİYYAT
Əmanətlərin 59,6 faizi milli, 40,4 faizi xarici valyutada qoyulub
Bakı, 15 aprel, AZƏRTAC
Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 19,8 faiz artaraq martın 1-nə milli valyuta ekvivalentində 10 milyard 010136,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanətlərin 59,6 faizi milli, 40,4 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 43,1 faiz artıb, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 3,5 faiz azalıb. Mart ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,88 (1,91) manata, 100 türk lirəsinə 11,67 (12,25) manata, 100 rus rubluna 1,55 (1,99) manata bərabər olub.