ƏMANƏTLƏRİN HƏCMİ ARTMIŞDIR
Bu müddətdə banklara qoyulan depozit və əmanətlərin 1276,2 milyardı (xüsusi çəkisi 20,3 faiz) manatla, 5009,0 milyard manatı (79,7 faiz) isə xarici valyuta ilə cəlb edilmişdir.
Fiziki şəxslər tərəfindən banklara 2258,9 milyard manat əmanət qoyulmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 31,3 faiz çoxdur.
Qeyd olunan tarixə hüquqi şəxslər tərəfindən banklara 4026,3 milyard manat depozit yatırılmışdır ki, bu da keçən ilin eyni dövründəki ilə müqayisədə 53,4 faiz çoxdur.