İQTİSADİYYAT
Əmanətlərin Sığortalanması Fondu konsolidə olunan bankların əmanətçilərinə müraciət edib
Bakı, 24 aprel, AZƏRTAC
"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 27.9-cu maddəsinə əsasən, iştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Məsələn, əmanətçinin fonda üzv olan "AAA" və "XXX" bankının hər birində 20 min manat məbləğində qorunan əmanəti var və əmanət müqavilələrinin müddəti iki ildən sonra başa çatır. Əmanət müqavilələrinin qüvvədə olduğu vaxtda "AAA" bankı "XXX" bankına qoşulmaqla ləğv edilir. Qoşulmadan 6 ay sonra isə "XXX" bankında sığorta hadisəsi baş verir. Bu halda fond tərəfindən əmanətçiyə 40 min manat məbləğində kompensasiya ödəniləcək.
Bu, əmanətlərin tam sığortalanmaması halı üçün əhəmiyyətlidir. Belə ki, əmanət qorunan əmanət kateqoriyasına aid edildiyi halda hazırda qüvvədə olan "Əmanətlərin tam sığortalanması" haqqında Qanunun 5.1-ci maddəsinin tələblərinə uyğun olaraq tam məbləğdə kompensasiya olunduğu üçün "Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir.