ƏMƏK MƏCƏLLƏSİNƏ ƏLAVƏ EDİLƏCƏK
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 120-ci maddəsinə əlavə edilməsi haqqında” Qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılmışdır.
Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərilmiş həmin əlavədə respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə fiziki sağlamlığını itirmiş şəxslərə, Milli Qəhrəmanlara, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsinin iştirakçılarına, hərbi xidmət keçmiş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, “İstiqlal” ordeni, digər dövlət mükafatları almış vətəndaşlara 46 təqvim günündən az olmayaraq məzuniyyət verilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [15:28]
Rumen Radev: Azərbaycanla əməkdaşlıqdan məmnunuq VİDEO
- 12.11.2026 [15:23]
“Tarixi Zəfər, sülhə sədaqət”: Zəfər Günü Nyu-Cersidə qeyd edilib
- 12.11.2026 [14:57]