Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və əhalinin sosial müdafiəsi naziri İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin dördüncü konfransında çıxış edib

Əmək və əhalinin sosial müdafiəsi naziri İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin dördüncü konfransında çıxış edib

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 21-22-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin dördüncü konfransı keçirilib. “İşçi qüvvəsinin inkişafı üçün ümumi strategiyanın hazırlanması” mövzusunda təşkil edilən Konfransda İƏT-ə üzv ölkələrdə əmək bazarı, əməyin təhlükəsizliyi, əmək məhsuldarlığının və məşğulluq imkanlarının artırılması sahəsində təcrübə və bilik mübadiləsi, gənclərin məşğulluğu və s. kimi məsələlər, bu sahələrdə üzv dövlətlər arasında əməkdaşlığın istiqamət və məqsədlərini müəyyən edən “İƏT-in Əmək Bazarı Strategiyası” müzakirə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə həmçinin İƏT ölkələri arasında işçi qüvvəsi mübadiləsinə dair ikitərəfli sazişlərin hazırlanmasına, bilik və bacarıqların qarşılıqlı tanınmasına, işçilərin sağlamlığı ilə bağlı İƏT-in strategiyasına və digər məsələlərə dair fikir mübadilələri aparılıb.

Konfransda Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək, əmək bazarının inkişafı baxımından hər bir ölkəyə təsir edən bir çox çağırışların həllinin qlobal gündəmdə ən vacib məsələlərdən olduğunu, qloballaşmanın, demoqrafik tendensiyaların, texnoloji dəyişikliklərin iqtisadiyyatdakı iş yerlərinə təsirlərinin əmək bazarı ilə bağlı qarşıda duran vəzifələrin miqyasını genişləndirdiyini söyləyib. Nazir qeyd edib ki, bütün bunlar nəzərə alınmaqla, məşğulluq səviyyəsinin və işçi qüvvəsinin bilik və bacarıqlarının artırılmasına yönələn təsirli islahatların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. İşçi qüvvəsinin tələb və təklifinin effektiv tənzimlənməsi və dəstəklənməsi əmək bazarlarında davamlılıq və inklüzivliyə nail olmaq baxımından çox vacibdir.

Sistem xarakterli sürətli islahatlarla milli iqtisadiyyatın uğurla şaxələndirilməsi şəraitində sabit əmək bazarının təmin edilməsi üzrə Azərbaycanın səmərəli təcrübəsi analoji transformasiya prosesi keçən digər ölkələr üçün də maraqlı ola biləcəyi qeyd olunub. Ölkənin əmək bazarında sabitliyin dəstəklənməsi məqsədilə kompleks tədbirlər sistemi reallaşdırılıb ki, bu əsasda makroiqtisadi sabitliyin təmin olunması, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlara dəstəyin göstərilməsi, qeyri-neft sektorunun sürətli inkişafı, korporativ sosial məsuliyyət çərçivəsində ictimai işlərin təşkili, peşə hazırlığının gücləndirilməsi kimi uzunmüddətli və qısamüddətli tənzimləyici tədbirlərdən istifadə olunmuşdur: “Həmin kompleks tədbirlər, aparılan islahatlar ölkədə işsizliyi aşağı səviyyədə saxlamağa geniş imkanlar yaradıb. Qeyd edək ki, hər il orta hesabla 100 mindən çox gənc işaxtaran vətəndaşın əmək bazarına daxil olduğu Azərbaycanda 2017-ci ilin sonunda işsizliyin səviyyəsi 5 faiz təşkil edib”.

Nazir əmək bazarı ilə bağlı dəqiq və operativ, əhatəli informasiyaların əldə olunmasında, əmək bazarına çevik və səmərəli nəzarətin təşkilində ölkəmizdə 2014-cü ildən tətbiq olunan Əmək Müqaviləsi Bildirişləri üzrə Elektron İnformasiya Sisteminin əhəmiyyətini diqqətə çatdırıb: “Ölkəmizin uğurları beynəlxalq iqtisadi təşkilatlar və reytinq agentlikləri tərəfindən də yüksək dəyərləndirilir. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycan həmçinin əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutub. Dünya İqtisadi Forumunun daha bir son hesabatına görə, İnklüziv İnkişaf İndeksi üzrə inkişaf etməkdə olan ölkələr arasında ölkəmiz üçüncü yerdə qərarlaşıb”.

Əmək bazarında uzunmüddətli dayanıqlı müsbət meyillərin təmin olunmasının vacibliyini söyləyən nazir qeyd edib ki, Azərbaycanda yeni qurulmuş işsizlik sığorta sisteminin yaratdığı maliyyə imkanları əsasında aktiv əmək bazarı tədbirləri əhəmiyyətli dərəcədə genişləndirilir. Səmərəli məşğulluq üçün vacib olan işçi qüvvəsinin bacarığının artırılması, qeyri-formal məşğulluğun azaldılması, zəif sosial qrupların əmək bazarına inteqrasiyasının dəstəklənməsi və digər məsələlər də diqqət mərkəzində saxlanılır: “Bu sahədə əsas götürülən hədəflər 2030-cu ilə qədər olan dövr üçün hazırlanan, məşğulluq sahəsində dövlətin əsas siyasət tədbirlərini əhatə edən Məşğulluq Strategiyasının layihəsində də öz əksini tapıb”.

Mövcud çağırışların həlli istiqamətində adekvat və çevik qərarların qəbulu üçün düşünülmüş daxili siyasətlə yanaşı, daha sıx beynəlxalq əməkdaşlığın da əhəmiyyətini diqqətə çatdıran nazir bildirib ki, İƏT-ə üzv ölkələr üçün əmək və məşğulluq sahəsində ümumi maraq kəsb edən məsələlər kifayət qədərdir: “Bizim əsas hədəfimiz İslam Konfransı Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın konseptual, əməli və institusional davamlılığını təmin etməklə dəstəklənməsidir. Bu mənada ölkələrimizdə daha dayanıqlı və inklüziv əmək bazarı yaratmaq üçün zəngin fikir və təcrübə mübadiləsinə geniş imkanlar açan əmək nazirlərinin bu görüşü İƏT-in əmək bazarı və məşğulluq siyasəti üçün gələcək fəaliyyət prioritetlərini müəyyənləşdirməyə xidmət edəcək”.

Nazir qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə İƏT-in mənzil-qərargahı Bakıda olacaq Əmək Mərkəzinin yaradılması Təşkilata üzv ölkələr arasında əməkdaşlığı təşviq etmək üçün müstəsna platforma rolu oynayacaq. Bu təsisat əmək və məşğulluq sahəsində praktiki müstəvidə səmərəli və davamlı əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəkdir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini nəzərə çatdıran S.Müslümov Azərbaycanın 2017-ci ildə Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına üzv seçilməsində İƏT ölkələrinin mühüm dəstəkləyici roluna görə təşəkkürünü ifadə edərək ölkəmizin 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi barədə məlumat verib: “Bildiyiniz kimi, ümumdünya sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır. Həmin sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Ona görə də əminəm ki, Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir. Bundan əlavə, Azərbaycanın sərgi üçün təklif etdiyi mövzu -“İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” bütün dünya üçün mühüm əhəmiyyət daşıyır, çünki bütün inkişaf və innovasiyaların əsasında insan kapitalı dayanır.”

Ölkəmizin əmək və əhalinin sosial müdafiə naziri İƏT-ə üzv ölkələrin əmək nazirlərini ölkələri tərəfindən Azərbaycanın “Expo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini dəstəkləməyə çağırıb. Onun İƏT-in və ayrı-ayrı üzv dövlətlərin aidiyyəti qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirməsi, qarşılıqlı maraq doğuran məsələlərə dair əməkdaşlıqla bağlı müzakirələrin aparılması da nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib

Qırğızıstanda dondurma maşını 28 uşağı yaralayıb