CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-si dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günüdür. Xalqımız dahi rəhbərin əziz xatirəsini həmişə əziz tutur və onu böyük ehtiramla yad edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu gün paytaxt sakinləri, respublikanın müxtəlif bölgələrindən gəlmiş vətəndaşlar, ictimai xadimlər, ziyalılar, hökumət rəsmiləri ilə yanaşı, nazirliyinin kollektivi də Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib.
Nazirliyin əməkdaşları sosial sahədə əvəzsiz xidmətləri olan, xalqın rifahı və xoşbəxt yaşaması üçün böyük işlər görmüş bu dahi şəxsiyyətin məzarı önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.